Home AZRUEN

Bilik günü münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirilib

15/09/2014

Bilik günü münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını əlamətdar tarix münasibətilə təbrik edib. Rektor yüksək balla daxil olan gənclərə tələbə biletləri, universitetin tarixini əks etdirən bukleti təqdim edib, xatirə şəkli çəkdirib. Universitetin və respublikamızın 3 rəngli bayraqları dövlət himninin sədaları altında yuxarı qaldırılıb.

Qeyd edək ki Bakı Dövlət Universitetində 18 min bakalvar, 2 min magistr və doktorant olmaqla 20 mindən çox tələbə təhsil alır.

Bu il universitetin Azərbaycan və rus bölmələrinin bakalavr pilləsinə 57 ixtisas üzrə 4269, magistratura pilləsinə 190 ixtisaslaşma üzrə 600, ingilis qruplarına 16 ixtisas üzrə 217, “SABAH” qruplarına 10 ixtisas üzrə 209 tələbə  daxil olub. 1-ci kurs tələbələrindən 3 nəfəri Prezident təqaüdünə layiq görülüb. 1-ci kurs bakalavrlardan 250 nəfəri 600-dən yuxarı bal toplayıb və onlardan  3 nəfəri Prezident təqaüdünə layiq görülüb.  Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır, ümumilikdə 10-dan çox xarici dil tədris olunur.

Bakı Dövlət Universiteti 200-dən çox xarici universitetlə əməkdaşlıq edir. Universitetlər arasında imzalanmış müqavilələrə, eyni zamanda, Erasmus-Mundos, Mövlanə proqramları, Koreya Fondunun dəstəyi və beynəlxalq qrantlar hesabına BDU əməkdaşları və tələbələri Çin, Koreya, Yaponiya, Türkiyə , Avropa ölkələri və Amerika Birləşmiş Şatlarında davamlı olaraq təcrübə keçirlər.

Bookmark and Share
© Baku State University