Home AZRUEN

Chemistry Club of BSU və İnnovativ Mühəndislər Klubu birgə lahiyəsi olan First Chemistry Competition of Faculty - adlı kimya yarışması təşkil olunub.

15/11/2016

Chemistry Club of BSU və İnnovativ Mühəndislər Klubunun birgə lahiyəsi olan First Chemistry Competition of Faculty - adlı kimya yarışması təşkil olunub BDU-da Chemistry Club of BSU və İnnovativ Mühəndislər Klubunun birgə lahiyəsi olan First Chemistry Competition of Faculty - adlı kimya yarışması təşkil olunub. Məqsəd tələbələri elm və təhsil sahəsində motivasiya etməkdir. Yarışmada fakültənin Kimya mühəndisliyi, Kimya, Kimya müəllimliyi ixtisaslarında oxuyan aktiv tələbələri iştirak edib. 3 turdan ibarət olan yarışmada 15 komanda təmsil olunub. 1 -ci turda 10 nəzəri suallar , 2-ci turda isə 10 məntiq, diqqət və kimyanı əhatə edən suallar səslənib. Hər sual 1 xalla qiymətləndirilib.  Son turda isə 2 video reaksiya göstərilib, bəzi məlumatlar verilməklə tələbələrdən prosesin mərhələlərini yazmaq istənilib. Doğru cavab verən komandalar hər sual üçün 3 xal qazanıb. Yekun olaraq Kreater komandasının üzvləri : İsrafilli Aytəkin, Süleymanova Əminə, Məmmədova Flora, Ağazadə Ağasən, Ələkbərzadə Abdulla üç tur üçün 12 xalla birinci olublar. Onlar  sertifikat və Technical Education Center tərəfindən 100 manatlıq endirim kuponu əldə edibər. 11 xalla Dragons Of Chemistry və DBG komandaları bərabərə qalıb. Əlavə suallarla 2-ci yeri Dragons Of Chemistry komandası, 3-cü yeri isə DBG komandası əldə edib. 2-ci yerin sahibi Dragons Of Chemistry komandasının üzvləri: Qasımova Fidan, Gülmalıyeva Cahan, Pirimov Elvin, Zəkiyev Nurlan, Qasımlı Nənəş  Technical Education Center tərəfindən 50 manatlıq endirim və EduCompany tərəfindən isə istenilen kurslar üçün 30%-lik endirim kuponu qazanıblar. 3-cü yerin sahibi DBG komandası üzvləri: Salahzadə Nərmin, Nailə Bəhramqızı, Hüseynov Əbülfəz, Musayev Nicat və Məmmədov İsgəndər isə EduCompany tərəfindən istənilən kurslar üçün 20%-lik endirim kuponu qazanıblar.  Qeyd edək ki, lahiyə "İnnovativ Mühəndislər Klubu" və "Chemistry Club of BSU" klublarının birgə fəaliyyəti əsasında Vüsal Kərimov, Cəmil Ağasıyev və Elvin Ələskərovun ortaq ideyalarının məhsuludur.

Bookmark and Share
© Baku State University