Home AZRUEN

DOKTORANTURAYA DAXİL OLMAQ ÜÇÜN “KOMPOZİT MATERIALLARIN KİMYASI VƏ TEXNOLOGİYASI” ixtisası üzrə PROQRAM

05/12/2016

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI  DÖVLƏT  UNİVERSİTETİ

Təsdiq edirəm

“­­­­___” _____________2016-cı il

2318.01 “Kompozit materialların kimyası və texnologiyası”

ixtisası üzrə fənn

P R O Q R A M I

Bakı Dövlət Universitetinin

kimya fakültəsinin Elmi Şurası

tövsiyə etmişdir.

BAKI – 2016

“Kompozit materialların kimyası və texnologiyası”

İXTİSASINDAN DOKTORANTURAYA QƏBUL İMTAHANLARIN

P R  O Q R A M I

I. polimer kompozisiya materialları və onların tipləri.

Polimer kompozisiyaları tərkibində müxtəlif əlavə maddələrin olduğu polimer sistemlər kimi. Polimer kompozisiya materialları ənə­­nəvi təbii materialların əvəzediciləri kimi. Tələb olunan tex­no­loji və istismar keyfiyyətlərinə malik konstruksiya materiallarının hazır­lan­masında, elm, texnika və sənayenin müxtəlif sahələrinin inkişafında, habelə insanların gündəlik məişət ehtiyaclarının ödənil­məsində po­li­mer kompozisiyaları və onlardan alınan məmulatların rolu və əhə­miy­yəti.

Polimer kompozisiyalarının tipləri. Modifikasiya olunmuş (dol­durucusuz) və dolduruculu polimer kompozisiyaları.

Plastik kütlələr. Termoplastlar və reaktoplastlar. Doldu­ru­cu­suz termo- və reak­to­plastlar.Termoplastik polimer və polimer-po­limer kompozisiya materialları. Bərkiyən oliqomer kompozisiyalar. Dolduruculu termo- və reaktoplastlar. Dispers və şəbəkəli dol­du­­ru­cu­lu plastik kütlələr. Presporoşoklar, hopdurucu kompozisiyalar, lifli, laylı (tekstolitlər, ketinaks və s.) kompozisiya materialları. Penoplastlar. Kompaundlar.

Elastomerlər. Kauçuklar, rezinlər və onların tipləri. Rezin qarışıqları. Penorezinlər.

Yapışqan kompozisiya materialları. Epoksid, fenol-formaldehid, karbamid (melamin), poliuretan və kauşuklar əsasında yapışqanlar.

Örtük əmələgətiricilər. Lak-boya materialları. Plyonkalar. Qoruyucu örtüklər.

II. polimer kompozisiyaları üçün istifadə edilən ən mühüm polimerlər haqqında məlumat

Poliolefinlər. Yüksək təzyiqli və alcaq təzyiqli polietilen. İstehsal üsulları, fiziki-kimyəvi xarakteristikası. Polipropilen. İsteh­sa­lı və xa­rakteristikası. Poliizobutilen. Poli(-3-metil-1-buten) və po­li-(-4-me­til-1-penten). Modifikasiya olunmuş polietilen. Etilen-pro­pilen bir­gə polimerləri.

Polistirol. Polistirol istehsalının əsas prinsipləri. Polistirolun tex­ni­ki-texnoloji gös­tə­ri­ci­ləri. Stirolun vinil monomerlərlə və dien­lərlə bir­gə polimerləri.

Halogenli monomerlər əsasında istehsal olunan polimerlər. Polivinilxlirid. Poli­tet­rafluoretilen (teflon).

Polivinil spirti. İstehsal üsulu. Fiziki-kimyəvi xarakteristikası.

Polivinilasetat. İstehsalı. Fiziki kimyəvi xarakteristikası.

Akril və metakril turşuları törəmələrinin polimerləri. Poliakril  və polimetakril tur­şu­ları. Poliakrilnitril. Polimetil­metakrilat. Alınma üsulları və fiziki-kimyəvi xarak­teristikası.

Fenol-formaldehid qətranları. Novolak, rezol, rezit.

Karbamid-formaldehid qətranları. Melamin-formaldehid, anilin-formaldehid qətranları.

Poliefirlər. Lavsan. Qliftal qətranları.

Poliamidlər. Naylonlar. Kapron.İstehsal üsulları, xassələri.

Poliuretanlar. Alınması, xassələri.

Epoksid qətranları. Tipləri. İstehsalı və xassələri.

 

III.polimer kompozisiyalarının

inqredientləri

İnqredientlər və onlara verilən əsas tələblər. İnqrediyentlərin po­li­mer kompo­zisi­ya­la­rında rolu. İnqrediyqntlərin əsas tipləri.

Doldurucular. Doldurucuların polimer kompozisiyasında rolu. Bərk, maye və qaz doldurucular. İnert və aktiv doldurucular.

Plastifikatorlar. Plastifikatorlar-polimer kompozisiyalarının emal rejiminin asan­laş­dırılması və istismar göstəricilərinin yax­şılaş­dı­rıl­ması üçün istifadə edilən əla­vələrdir. Plastifikasiyanın mexa­nizmi. Ən mühüm plastifikatorlar haqqında məlumatlar.

Stabilləşdiricilər. Antioksidantlar, antiozonantlar, fotostabil­ləş­di­ricilər və antiradların polimer kompozisiyalarının istismar keyfiy­yət­lərinin yüksəldlməsində rolu. Sənaye əhə­miyyətli stabilləş­diri­ci­lər haqqında məlumatlar.

Tikici agentlər. Tikici agentlər kompozisiyaya daxil olan xətti polimer və ya oli­qo­mer­ləri tor şəkilli polimerlərə çevirən əlavələrdir. Bərkidicilər və vulkanlaşdırıcılar (di- və poliaminlər, polikarbon turşularının anhidridləri, kükürd və s.).

Antipirenlər. Antipirenlərin kompozisiyadakı əsas funksiyası. İnert və kimyəvi aktiv antipirenlər. Ortofosfat turşusunun efirləri, stibium-üzvi birləşmələr və polihalogenli bir­ləş­mələr polimer kom­po­zisiyalarına antipiren əlavələri kimi.

Məsamə əmələgətiricilər. Bərk, maye və qaz halında olan məsamə əmələgətiricilər. Penoplast və məsaməli rezin məmulatların hazırlanmasında məsamə əmələgətiricilərin rolu.

Rəngləyicilər. Rəngləyici əlavələrə verilən əsas tələblər. Üzvi və qeyri-üzvi boya və piq­mentlər haqqında məlumat.

Antimikrob əlavələr. Polimer kompozisiya materialların mik­ro­orqanizmlərin tə­si­rin­dən qurunmasında antimikrob əlavələrin rolu.

Antistatiklər. Antistatiklər, polimer kompozisiya səthində yara­nan elektrik yükünü da­ğıdan əlavələrdir.

 

IY. polimerləri əsasında hazırlanan ən mühüm kompozisiyaların nümunələri

Presporoşoklar. Laylı plastiklər və çüçəplastiklər. baölayıcı materiallar. Polimer kom­paundları. Yapışqan kompozisiyaları. Re­zin qarışıqları.Qazla doldurulmuş plastiklər (peno­plastlar).

Zərbəyə davamlı polistirol. Viniplast və plastikat. Fluor­plast­lar.

Örtükəmələgətiricilər (laklar və boyaqlar).

 

Y. polimer kompozisiya materiallarının tətbiq sahələri.

Polimer kompozisiya materiallarının ağır sənaye sahələrində (maşınqayırma, aviasiya, gəmiqayırma və s.) tətbiqi.

Polimer kompozisiyalarının tibbi məqsədlər üçün istifadə edil­məsi (protezləşdirmə, qan və plazma əvəzediciləri, tibbi avadanlıq və s.).

Polimer kompozisiya materiallarının elektrotexnika, radio­tex­nika, elektronika səna­ye­sində rolu.

Polimer kompozisiya materiallarının yeyinti sənayesi və gündəlik yəlabat məmu­lat­larının hazırlanmasında tətbiqi.

Polimer kompozisiya materialları tikinti materialları kimi.

 

ədəbiyyat

  1. Энциклопедия  полимеров. I-III т., Сов. энциклопедия, М., 1972-1977.
  2. Промышленные полимерные композиционные материалы. Пер.с англ., М., Химия, 1980, с.480
  3. Термопласты конструкционного назначения (под ред. Тростянской Е.Б.), М., Химия, 1975, с. 239.
  4. Современные композиционные материалы (Пер.с англ.), М., Мир, 1970,с.636.
  5. Берлин А.А., Шустов Ф.А. Пенополимеры на основе реакционноспособных щлигомеров, М.,Химия, 1978, с.296.
  6. Николаев А.Ф. Технология пластических масс., М-Л, Химия, 1977, с.231.
  7. Пластики конструкционного назначения (реактопласты), под ред. Трос­тян­ской Е.Б., М., Химия, 1974, с. 303.
  8. Практикум по полимерному материаловедению. Под ред. П.Г.Бабаевского, М., Химия, 1980, с. 256.
  9. A.Ə.Əzizov, R.M.Alosmanov, O.H.Əkbərov “Polimer kompozisiya materialları”, Bakı, Universitet nəşriyatı, 2004, 171 s.

 

Bookmark and Share
© Baku State University