Home AZRUEN

DOKTORANTURAYA DAXİL OLMAQ ÜÇÜN «MAKROMOLEKULLAR KIMYASI» ixtisası üzrə SUALLAR

06/12/2016

«Makromolekullar kimyası»

İxtisasından doktoranturaya imtahan sualları


  1. Polimerlərin termodinamikası.Yuxarı və aşağı  sərhəd temperaturları

2.Polimer zəncirinin quruluşu. Xətti, şaxəli, torşəkilli, fəza-müntəzəm poli­mer­lər (misallarla).

3.Polimerlərin orta molekul kütləsi. Orta ədədi və orta kütləli molekul kütləsi. Polidisperslik haqqında anlayış.

4.Krioskopik və ebulioskopik üsulla orta molekul kütləsinin təyini.

5.Viskozimetrik və osmometrik üsulla orta molekul kütləsinin təyini.

6.Makromolekul zəncirinin çevikliyi. Sərbəst birləşdirilmiş zəncir. Kon­for­ma­si­yalar.

7.Termodinamik və kinetik çeviklik. Çevikliyə təsir edən amillər.

8. Polimerlərin aqreqat və faza halları. Amorf və kristal polimerlər.

9. Polimerlərin üç fiziki halı. Şüşəvari, yüksək elastiki və axıcı hallar.

10.Termomexaniki əyrilər. Şüşələşmə və axıcılıq temperaturları.

11.Polimerlərin həll olması. Məhdud və qeyri məhdud şişmə.

12.Polimer məhlullarının xüsusiyyətləri.

13.Zəncirvari polimerləşmə və onun tipləri (misallar göstərməklə).

14.Radikal polimerləşmədə aktiv mərkəzlərin termiki, fotokimyəvi və radiasiya üsulları ilə əmələ gətirilməsi.

15.İnisiatorlar. Benzoil-peroksid, azobisizobutironitril, üçlü butil peroksid və üçlü butil hidroperoksidin termiki parçalanma sxemləri. İnisiatorun effekt­li­yi.

  1. Radikal polimerləşmədə zəncirin ötürülmə reaksiyaları. İngibitor və tənzim edicilər.

17. Radikal polimerləşmənin kinetikası. Ötürülmə reaksiyaları nəzərə alın­ma­dan sürət və orta polimerləşmə dərəcəsi üçün ifadələr. Kinetik zəncirin uzun­luğu.

18.Radikal birgə polimerləşmə və onun praktiki əhəmiyyəti.

19.Birgə polimerləşmə tənliyi və birgə polimerləşmə sabitləri. Birgə polimer tərkibinin monomer qarışığı tərkibindən asılılıq qrafikləri.

20.Kation polimerləşmənin elementar reaksiyaları (stirolun SnCl4∙H2O iştirakilə polimerləşməsi misalında). Kation polimerləşmədə istifadə olunan kata­li­za­tor­lar.

21.Kation polimerləşmənin kinetikası. Kation polimerləşməyə temperatur və həlledici təbiətinin təsiri.

22.Sərbəst anionlar iştirakilə anion polimerləşmə (stirolun KNH2 iştirakilə maye amonyakda polimerləşməsi misalında). Ümumi sürət düsturu.

23.Metal-üzvi və qələvi metallar iştirakilə anion polimerləşmə (butadien-1,3-ün polimerləşməsi misalında).

24. Kompleks katalizatorlar iştirakilə anion-koordinayon polimerləşmə. Mono­me­tallik və bimetallik mexanizm.

25.Polikondesləşmə və onun tipləri (misallar göstərməklə).

26.Polikondesləşmə və zəncirvarı polimerləşmənin fərqləri.

27.Polikondesləşmədə destruksiya reaksiyaları.

28.Polikondesləşmədə tsiklləşmə reaksiyası və ona təsir edən amillər.

29.Polikondesləşmə tarazlığı və orta molekul kütləsi.

30.Karozers tənliyi.

31.Tsiklik birləşmələrin polimerləşməsi. Aktivatorlar.

32.Kaprolaktamın su iştirakilə polimerləşməsində polimerləşmə-depolimer­ləş­mə və amid tarazlığı. Depolimerləşmənin mexanizmi.

33.Pilləli (miqrasiya) polimerləşməsi.

34.Blok birgə polimerlərin alınma üsulları.

35.Calaq birgə polimerlərin alınma üsulları.

36.Polimerlərin kimyəvi reaksiyalarının xüsusiyyətləri və praktiki əhəmiyyəti (misallarla).

37.“Zəncir”, “qonşu”, “konformasiya və konfiqurasiya” effektləri (misallarla).

38. Polimerlərin kimyəvi reaksiyalarının tipləri və onlara misallar.

39.Polimeranaloji çevrilmələr (misallarla).

40.Orta molekul kütləsinin artması ilə gedən reaksiyalar (tikilmə reaksiyaları).

41. Orta molekul kütləsinin azalması ilə gedən reaksiyalar (destruksiya reak­si­ya­ları).

42. Polimer kompozisiyaları haqqında ümumi məlumat.

 

 

 

 

 

 

 

Bookmark and Share
© Baku State University