Home AZRUEN

DOKTORANTURAYA DAXİL OLMAQ ÜÇÜN «ÜZVİ KİMYA» ixtisası üzrə PROQRAM

06/12/2016

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ

«TƏSDİQ EDİRƏM»_______________

Elmi Şuranın sədri prof. A.Ə.ƏZİZOV

 

«03»     « 10»       2012-ci il

 

 

 

2306.01  «ÜZVİ KİMYA» ixtisası üzrə

DOKTORANTURAYA QƏBUL İMTAHANININ

PROQRAMI

Bakı Dövlət Universitetinin

kimya fakültəsinin Elmi Şurası tövsiyə

etmişdir

BAKI - 2012

 

 

Ümumi hissə

 

Karbon atomunun valentlik halları, azot və oksigen atomlarında sp3 hib­rid­ləşmə.

Üzvi birləşmələrin turşu-əsasi  xassələri. Sərt  və mülayim turşu -əsas an­la­yı­şı.

Üzvi molekulların quruluş fraqmentlərinin əsas növləri. Sadə, ikiqat və üç­qat rabitələr, radikallar, stabilliklərinin quruluşdan  asıllığı. İzomerlik və onun növ­ləri. Üzvi birləşmələrdə rabitələrin növləri Rabitələrin fiziki- xarakteristiki: ener­jisi, uzunluğu, polyarlığı, polyarlaşması və istiqamətliyi.

Üzvi birləşmələrdə elektron effektləri (induksiya, mezomer,

Natan-Beker) və fəza effek­tləri. Keçid halı və reaksiya mexanizmi haqqında anlayış. Kinetik və ter­mo­di­na­mik nəzarət.

Üzvi kimyada fiziki-tədqiqat üsulları: infraqırmızı (İQ), nüvə maqnit rezo­nans (NMR) və kütlə spektroskopiyası. Xromatoqrafiya üzvi maddələrin tə­miz­lənməsi və analizi üsulu kimi

Sadə alkanların fəza qurluşunun təsviri üsulları(Nümen). Konformasiyalar və konformerlər. Asimmetrik karbon atomu. Xirallıq, onun mey­dana çıxma şəraiti.  Konformasiya və konfiqurasiya. Optiki izomerlik və op­­tiki aktivlik. Stereokimyəvi nomenklatura(R,S). Proyeksiya for­mul­la­rı(Fişer) və onlardan istifadə qaydaları. Enantiomerlər və rasematlar. İki xi­ral mər­kəzli birləşmələr. Diastiomerlər və mezo-formalar. Asimmetrik kar­bon ato­mu saxlamayan birləşmələrin optiki izomerliyi haqqında anlayış.

 

Açıq zəncirli birləşmələr.

Alkanlar. Sadə alkanların kon­for­masiyaları. Alkanların praktiki əhəmiyyətli çevrilmələri: halo­gen­ləşməsi, ok­sid­ləşməsi, nitrolaşması, sulfoxlorlaşması və sulfooksidləşməsi, onların seçi­ci­li­yi­nə təsir göstərən amillər.Parçalanma, krekinq və piroliz, onların praktiki əhə­miyyəti.

Alkenlər. Sis-, trans- və Z,E- həndəsi izomerləri. Alkenlərin da­vam­lığının quruluşdan asıllığı, spektral göstəriciləri. Alkenlərin əsas alınma üsulları. C=C rabitəsinə elektrofil birləşmə (AdE) reaksiyaları. Reaksiya za­manı əlaqəli birləşmə və qruplaşma məhsullarının əmələ gəlməsi. Borhid­rin­lə­rin alkenlərə regio-və stereoseçici birləşməsi, alınan məhsulların alkanlara və spirtlərə parçalanması. Alkenlərin ozonidlərə və karbon tur­şu­la­rına ok­sid­ləşməsi. Allil vəziyyətində gedən reaksiyaları: oksidləşmə, halo­gen­ləşmə və oksidləşdirici ammonoliz. Alkenlərin polimerləşmə, te­lo­mer­ləş­mə və alkilləşmə reaksiyaları və onların praktiki əhəmiyyəti.

 

Dienlər.1,3-Dienlərdə qoşulma, onların molekulyar orbitalları. İkiqat rabitələri təc­rid olunan, qoşulan və konyuqasiya olunan dienlərin davamlıqlarının qu­ru­luş­dan asıllığı.  Butadienə birləşmə reaksiyaları, kinetik və termodinamik nəzarət, bu reak­si­­yalarda istiqamətlənmə. Dils-Alder reaksiyaları, onların praktiki əhə­miyyəti, sin­tez zamanı keçid halların formalaşmasında aşağı  və yuxarı tu­­tul­muş orbi­tal­ların iştirakı. Müxtəlif katalizatorların iştirakında 1,3– dienlərin poli­mer­ləş­məsi.

Alkinlər. Ücqat rabitənin təbiəti.Etilenlə müqayisədə asetilenə elektrofil və nukleofil birləşmə.Asetilen əsasında sadə və mürəkkəb efirlərin alınması.Asetilen və monoalkilasetilenlərin turşuluğu.

 

Homofunksional birləşmələr

 

Karbohidrogenlərin halogenli törəmələri

Alkanların halogenlərlə birbaşa reaksiyasının xüsusiy­yət­ləri. Halogenləşmə reaksiyası seçiciliyinin halogen ato­mu­nun təbiətindən və alkanın quruluşundan asılı olması.

Karbon-halogen rabitəsi enerjisinin halogenli birləşmənin qu­ruluşundan (alkil radikalının birli, ikili, üçlü olması, ha­lo­gen atomunun doymamış radikalın ikiqat rabitə yanındakı karbonla əlaqəli olması, onun ikiqat rabitəyə nəzərən a- və b-və­ziy­yətdə yerləşməsi) asılı olması.

Halogen atomunun SN1və SN2 mexanizmlərlə əvəz­lən­mə­si, al­kilha­logenidin E1 və E2 eliminləşməsi, reaksiya isti­qa­mə­tinin alkilhalogenidin quruluşundan, həlledicinin və nuk­le­o­filin təbiətindən asılı olması.

Halogenalkanlardan alkenlərin, spirtlərin, tiolların, sadə və mürəkkəb efir­lə­rin, nitrillərin və s. sintezində istifadə olun­ması.

Metalüzi    birləşmələr, alınma üsulları və tətbiq sahələri.

Biratomlu spirtlər. Spirtlərdə hidrogen rabitəsi, onun spirtlərin fiziki xassələrinə və spek­tral göstəricilərinə təsiri. Spirtlər zəif turşu və Lüis əsasları kimi, bu xas­sə­lə­­­rin spirtin quruluşundan asıl­lığı. Sprtlərin dehid­rat­laşması, reaksiyanın sürət və istiqamətinin spirtin quru­lu­­­şundan asıllığı. Spirtlərdə hidroksil qrupun aminlə, halogenlə əvəzlənməsi. Halogenlə əvəz­lən­mə zamanı reaksiyanın spirtin quruluşundan  və reagentin tə­biət­in­dən asıllığı.

İkiatomlu spirtlər, alkenlərin sis-trans hidroksilləşməsi, alkeniloksidlərin hid­rolizindən alınması. Onların borat  turşusu ilə reaksiyası, qurğuşun tetra­asetatla və peryodid turşusu ilə oksidləşdirici parçalanması. Pinakolin qrup­laş­ması.

Qliserin, propilen əsasında alınması, onun əsasında epixlorhidrinin, qlitsil spirtlərin alınması və akroleinə dehidratlaşması.

Doymamış spirtlər, allil və propargil spirtləri, allil spirti əsasında sintezlər. Vinil spirti və onun törəmələri. Eltekov-Erlenmeyer qaydası.

Sadə efirlər. Spirtlərin dehidratlaşması, Vilyamson üsulu və onun tək­mil­ləş­miş variantı ilə alınması. Protonlu və protonsuz turşularla qarşılqıqlı  təsiri, par­­­ça­lanması, oksidləşməsi, halogenləşməsi, halogenli törəmələr əsasında sin­te­­z­lər.

Karbonilli birləşmələr (aldehid və ketonlar). Karbonil aktivliyə təsir edən amil­lər, onların güclü və zəif nukleofillərlə reaksiyaları. Qələvi və turşu işti­ra­kın­­da enollaşmaları, enllaşma ilə gedən reaksiyalar

Karbon turşuları, karboksil qrupun quruluşu, onun turşu daşıyıcısı ol­ma­sı, turşuların zəif və güclü nukleofillərlə reaksiyaları.Turşuların  assosasiyası və dis­so­sasiyası, turşuluq, onun əvəzləyicinin təbiətindən asılılığı.  İkiəsaslı turşular, ma­lon turşusunda metilen qrupun hidrogen atomlarının mütəhərrik olması, onun əsa­­sında sintezlər.

Aminlər, quruluşu və əsaslığı, spirtlərlə müqaisədə turşuluğu, alkil­ləş­məsi, asilləşməsi, nitrat turşusu ilə qarşılıqlı təsiri, oksidləşməsi (üçlü aminlərin ok­­sid­ləşməsi alkenlərin alınma üsulu kimi).

Dördlü ammonium duzları a- ole­­finlərin alınma üsulu kimi.

Dia­zo­bir­ləş­mə­lər: diazometan, diazosirkə efiri, diazotriflüormetan, alın­­ma­­sı və xassələri.

Hid­roksi­turşular, uyğun karbon turşularına görə tur­şuluğu, al­dehid- ke­tonlardan, butirlaktonlardan, tetraxloralkanlardan alın­ması və xü­su­si xas­sə­ləri. Asetosirkə efiri, alınması, keto-enol tautomerliyi, onun metal tö­rə­mə­lə­ri­nin ikili reaksiya qabiliyyəti, bundan üzvi sintezdə isti­fadə edilməsi.

Karbohidratlar. Monoşəkərlə,quruluşları,halqa-zəncir tauto­-mer­liyi, muta­ro­ta­siya. Aldo-və ketoheksozaların tsiklin yarım­asetat formaları-piranozalar və fu­ra­no­za­lar. Anomerlər və epimerlər. Monoşəkərlərin stereokimyası. Aşa­ğı şə­kər­lər­dən yuxarı şəkərlərə və əksinə, həmçinin aldozalardan ketozalara ke­çid reaksiyaları.

 

Qapalı zəncirli birləşmələr

 

Alitsiklik birləşmələr. Təsnifatı, izomerliyi və nomenklaturu. Gərginliyin növləri, C3-C6 tsikloalkanların konformasiyaları. Aksial, ekvatorial, psevdoaksial, psevdoekvatorial əlaqələr, uyğun əvəzləyicili tsiklopentan və tsikloheksan birləşmələrin müvafiq konformasiyalarının davamlığı. Tsiklopropan halqasının xüsusiyyətləri, alkanlara uyğun əvəzlənmə reak­siyaları, oksidləşməsi, tsiklin daralması, genişlənməsi və açılması ilə gedən çevrilmələri. Orta tsikllərin transannulyar qarşılıqlı təsirlə əlaqəli xassələri.

 

Aromatik birləşmələr.

 

Benzol, rezonans enerjisi, qeyri- və antiaromatiklik.

Aromatik nüvədə elektrofil əvəzlənmə: p-, s-komplekslər, keçid halları. İzotop effekti və elektrofil əvəzlənmənin ikimərhələli gedişi. Əvəzləyicinin ben­zol nüvəsində gedən elektrofil əvəzlənmənin sürət və istiqamətinə təsiri .

Difenilin, aromatikliyi, difenil birləşmələrində atropoizomerlik. Difenil nü­vəsində elektrofil əvəzlənmə reaksiyaları, əvəzləyici kimi fenil radikalının al­kil radikalları müqaisəsi. Trifenil kationu, anionu və radikallarının stabil ol­ma­­sının səbəbləri. Trifenilmetan boyaqları.

Naftalin, rezonans enerjisi və ben­zolla müqaisədə aromatikliyi. Naftalin nüvəsində elektrofil əvəzlənmə, bu reaksiyalarda naftalinlə, eləcədə elektrodonor və elektronakseptor əvəzləyicili naf­talinlə gedən reaksiyaların istiqamətinə təsir edən amillər. Sulfolaşma reaksiyası, dönərliyi,  isti­qa­­mətlənmənin  temperaturdan asıllığı.

Aromatik halogenli törəmələr. Aromatik nüvədə və yan zəncirin a-və­ziy­yə­tin­də yerləşən halogen atomunun halogenalkanlardakı halogen atomu ilə müqaisədə mütəhərrikliyi. Halogen atomunun nukleofil əvəzlənməsilə gedən reaksiyalar: hidrolizi (Raşiq), qələvi və karbon turşularının duzları iştirakında əvəz­lən­məsi (Ulman), əvəzlənmənin sürət və mexanizminin nüvədəki əvəz­lə­yi­ci­nin təbiətindən asıllığı.

Aromatik sulfoturşular. Sulfoqrupun quruluşu, mineral və karbon tur­şu­ları ilə müqaisədə turşuluğu. Sulfolaşdırıcı agentlər, sulfolaşma reaksiyasının dö­­nər­­­liyi. Sulfoturşuların üç müxtəlif istiqamətdə (sulfoqrupu üzrə, sulfo­qrup­un ayrılması və aromatik nüvə üzrə) reaksiyaları. Sulfoturşular əsasında sin­tezlər.

Aromatik nitrobirləşmələr, nitroqrupun quruluşu. Nitrolaşdırıcı ag­ent­­l­ər və nitrolaşma reaksiyasının mexanizmi. Benzol və alkil­ben­zolların nit­ro­­laş­ma­sı ilə nitrobirləşmələrin sintezi. Nitrobanzolda elektrofil və nukleofil əvəzlənmə reaksiyasının sürət və istiqa­mə­tinə nitroqrupun təsiri. Nitrobirləşmələrdə nuk­leo­fil əvəzlənmə (Mey­zen­qey­mer kompleksi), onun halogen atomunun tə­biətin­dən asıllığı. Nit­ro­ben­zo­lun qismən reduksiya məhsulları, onların qar­şılıqlı çevrilmə və qruplaşma reak­siyaları.

Aromatik aminlər. Yağ sırası aminləri ilə müqaisədə əsaslığı. Əsaslığın molekulun koplanarlığından, nüvədə olan əvəzləyicinin təbiətindən və vəziy­yə­tin­dən asıllığı. Onların amin qrupu (alkilləşmə, asilləşmə, nitro­zo­l­laşma, diazolaşma) və aromatik nüvə hesabına gedən reaksiyaları. Ani­linin oksid­ləş­mə reaksiyası istiqamətinin oksidləşdiricinin təbiətindən asıl­lığı, onun sulfo­laımasının kinetik və termodinamik nəzarət olunan məhsulları. Sulfamid pere­paratları, onların antimikrob təsiri.

Azo-və diazobirləşmələr. Diazolaşdırıcı agentlər, reaksiyanın mexanizmi. Reak­si­ya şəraitinin aminin əsaslığından asıllığı.

Diazobirləşmələrin turşu-əsasi xassələri, diazotat anionunun ambitentliyi. Diazonium duzlarının homolitik və heterolitik parçalanması, onun diazo­anionun və həlledicinin təbiətindən asıllığı.

Azoəlaqələnmə- elektrofil əvəz­lənmə reaksiyası kimi. Fenol və aromatik aminlərlə azoəlaqələnmə reaksiyasının şəraitinin fərqli olması.

Fenollar. Fenolun alınma üsulları. Fenolun turşuluğu, onun nüvədə olan əvəz­ləyicinin təbiətindən asıllığı. Fenolun və fəzaçətinlikli fenolların ok­sid­ləşməsi. Fəza çətinlikli fenolların antioksidant kimi istifadə olunması.    Fenol efirlərinin Pris və Klayzen qruplaşmaları. Rezorsinin sintezi və xassələrinin xüsusiyyətləri. Hidroxinon antioksidant kimi.

Xinonlar. Xinonun reduksiyası və birləşmə reaksiyaları. Xinhidron və semixinon. Hidroxinon radikal- zəncirvari reaksiyaların ingibitoru kimi.

Aromatik aldehid ketonlar. Xüsusi (xarakter) alınma üsulları. Aldehidlərin asan oksidləşməsi. Benzoin kondensləşməsi, Perkin, Kannissaro reaksiyaları. Yağ sırası ketonlarla müqaisədə aromatik ketonların reaksiya qabilliyi. Ketonların müxtəlif istiqamətdə reduksiyası, qələvi ilə parçalanması, Mannix reaksiyası.

Aromatik karbon turşuları. Benzoy turşusu, onun yağ sırası turşuları ilə müqaisədə turşuluğu. Benzol və toluolun kimyəvi çevrilmələri əsasında alınma üsulları. Xassələri: turşuluğun benzol nüvəsində olan əvəzedicinin təbiətindən və vəziyyətindən asıllığı. Orto effekt. Korellasiya tənliyi haqqında anlayış. Xloranhidridi əsasında sintezlər.

Aromatik dikarbon turşuları. Alınma üsulları. Ftal anhidridi əsasında sintezlər. Ftal və tereftal turşuları törəmələrinin praktiki əhəmiyyəti.

Heterotsiklik birləşmələr, quruluşları, təsnifatı və nomenklaturu. Bir heteroatomlu beşüzvlü heterotsikllər: pirrol, furan, tiofen aromatikliyi və kimyəvi çevrilmələri.

Piridin, benzolla müqaisədə aromatikliyi və kimyəvi çevrilmələri. Piridin N-oksid, onun piridin nüvəsində elektrofiləvəzlənmədə iştirakı. Piridin əsas kimi.

 

Əsas ədəbiyyat

 

  1. Nesmeənov A.N.; Nesmeənov N.A. Naçala orqaniçeskoy ximii. M.: Ximiə, 1969, t. 1,2
  2. Morrison R., Boyd R. Orqaniçeskaə ximiə M.; Mir, 1974.
  3. Terney A. Sovremennaə orqaniçeskaə ximiə. M.: Mir, 1972, t. 1,2
  4. Petrov A.A., Balğən X.V., Trohenko A.İ. Orqaniçeskaə ximiə. M.: Vısşaə şkola, 1981.
  5. Roberts Dj, Kasserio M. Osnovı orqaniçeskoy ximii. M.: Mir, 1972, t.1,2
  6. Neyland O.Ə. Orqaniçeskaə ximiə. M.: Ximiə, 1990
  7. Şabarov Ö.S. Orqaniçeskaə ximiə. M.: Ximiə, 1994, t. 1,2
  8. Məhərrəmov A.M., Məhərrəmov M.N.,  Üzvi kimya, Bakı Dövlət Universiteti Nəşriyyatı, 2006

 

Əlavə ədəbiyyat

  1. Matğe J, Paniko R. Kurs teoretiçeskix osnov orqaniçeskoy ximii. M.: Mir, 1975
  2. Sayks P. Mexanizmı reaküiy v orqaniçeskoy ximii. M.: Ximiə, 1991
  3. Març Dj. Orqaniçeskaə ximiə. M.: Ximiə, 1987-88. t.1-4.
  4. Kazıüina L.A., Kupletskaə N.B., Primenenie UF-,ƏMR i Masospektrometriə v orqaniçeskoy ximiə. M.: Ximiə, 1979.
  5. Keri F., Sandberq R. Uqlublennıy kurs orq. Ximii. M.: Ximiə, 1981. t.1,2

Tərtib edənlər: akad. A.M.Məhərrəmov

prof. M.N.Məhərrəmov

Elmi redaktor: prof. M.N.Məhərrəmov

Rəyçilər: prof. M.Ə.Allahverdiyev

dos. A.İ.İsmiyev

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share
© Baku State University