Home AZRUEN

ECONANO layihəsi üzrə magistrantların üç aylıq təcrübəsi sona çatıb

05/06/2015

Avropa Birliyinin Tempus proqramı çərçivəsində ECONANO qrant layihəsində iştirak edən  12 magistrantın (o cümlədən Bakı Dövlət Universitetindən  6 nəfər) İtaliyanın La Sapienza, Fransanın Paris 13  və Yunanıstanın Patras universitetlərində üç aylıq təcrübələri sona çatıb.

İyulun 8 və 9-da Bakı Dövlət Universitetində həmin magistrantların postmagistr  dissertasiyası müdafiəsi keçiriləcək, təcrübə müddətində əldə etdikləri nailiyyətlərinin təqdimatı olacaq.

Qeyd edək ki, BDU Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetinin koordinatorluğu ilə ECONANO layihəsini həyata keçirir. Layihədə Fransanın Paris 13, Yunanıstanın Patras Universitetləri, Azərbaycanın Memarlıq və İnşaat Universiteti, Qafqaz Universiteti, AzEcolab monitoring mərkəzi və Azərbaycanın Təhsil Nazirliyi iştirak edir. Layihənin əsas məqsədi "Nanotexnologiyaya əsaslanan ekoloji mühəndislik" ixtisaslaşmasında postmagistr tədris proqramının yaradılması və təkmilləşdirilməsini nəzərdə tutur. Bu məqsədlə Azərbaycanın universitetlərini uğurla bitirmiş 12 nəfər magistr dərəcəsi almış mütəxəssis seçilmiş və onlara xüsusi proqram əsasında layihədə iştirak edən Avropa və Azərbaycan professorları mühazirələr oxuyublar. BDU-da təşkil olunmuş nəzəri və laborator kurslarını bitirdikdən sonra onlar 3 ay müddətində postmagistr dissertasiya işlərini yerinə yetirmək üçün İtaliya, Fransa və Yunanıstan universitetlərində ezam olunmuşdular.

Bookmark and Share
© Baku State University