Home AZRUEN

ELAN

20/06/2017

Bakı Dövlət Universiteti

Akademik R.Ə.Əliyevanın 85-illik yubileyinə həsr olunmuş “Koordinasion birləşmələr kimyası” VII Beynəlxalq elmi konfrans

20-21 sentyabr 2017-ci ildə Bakı Dövlət Universitetində görkəmli kimyaçı alim, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, “Şöhrət” ordenli Rəfiqə Əlirza qızı Əliyevanın 85-illik yubileyinə həsr olunmuş “Koordinasion birləşmələr kimyası” VII Beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Hörmətli kimyaçı alimlər və gənc tədqiqatçılar! Sizi bu konfransda iştirak etməyə dəvət edirik.

Konfransın işçi dilləri: azərbaycan, rus və ingilis dilləridir.

Konfransın materialları məqalələr toplusu şəklində nəşr ediləcəkdir. Əvvəllər nəşr olunmamış tədqiqat işlərinizin nəticələrini məqalə şəklində 10 sentyabr 2017-ci il tarixinə qədər təşkilat komitəsinə təqdim etməyinizi Sizdən xahiş edirik. Təqdim olunan məqalələrin həcmi 5 səhifədən az olmamalıdır.

Məqalələr aşağıdakı formada tərtib edilməlidir:

- Məqalə A4 formatında, 14 ölçüdə, Times New Roman şrifti ilə, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25 olmaqla yazılmalı və mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.

- Unversal onluq təsnifat (UOT) göstərilməli

- Məqalənin adı böyük hərflərlə və qalın şriftlə yazılmalı

- Müəlliflərin adı, atasının adı, soyadı (məsələn: A.A.Alıyev) yazılmalı

- Təşkilatın adı və elektron ünvan qeyd edilməli

- Məqalənin tərtib olunduğu dildə 100 simvoldan az olmamaq şərti ilə xülasəsi verilməli

- Məqalə azərbaycan və ya rus dilində olarsa xülasə həm də ingilis dilində, ingilis dilində olarsa həm də rus dilində verilməli

- Xülasələrin ardınca müvafiq dillərdə 3-5 sözdən ibarət açar sözlər verilməli

- Məqalədə ardıcıl olaraq aktuallıq, təcrübi hissə, nəticələr və onların müzakirəsi, ədəbiyyat siyahısı verilməlidir.

İştirakla bağlı məlumat və məqalələr eletron formada 10 sentyabr 2017-ci il tarixinə qədər aşağıdakı ünvana göndərilməlidir: ciraqov@mail.ru, xalil-71@rambler.ru (və ya BDU, Kimya fakültəsi, “Analitik kimya” kafedrası, 287-ci otaq).

Bookmark and Share
© Baku State University