Home AZRUEN

Fakültələrarası əlaqələrin qurulması və əməkdaşlıq perspektivləri müzakirə olunub

18/05/2015

Kilis 7 Aralık Universiteinin kimya və fizika fakültələrinin professorları - Bilal Acemoğlu və Kani Arıcı Bakı Dövlət Universitetinin fizika və kimya fakültələrinin dekanları, professorlar - Məhəmmədəli Ramazanov və Əbdülsəid Əzizov ilə görüşüblər. Görüşdə fakültələrarası əlaqələrin qurulması və əməkdaşlıq perspektivləri müzakirə olunub. Sonda qonaqlar BDU-nun elmi-tədqiqat laboratoriyaları və mərkəzləri ilə tanış olublar.

Bookmark and Share
© Baku State University