Home AZRUEN

Kimya fakültəsində birincilərlə görüş

14/09/2017

Bakı Dövlət Universitetinin akt zalında Kimya fakültəsinin 1-ci kurs tələbələri və onların valideynləri ilə fakültə dekanlığının, professor-müəllim heyətinin görüşü keçirilib. Görüşü giriş sözü ilə açan dekan, professor Abdulsəyid Əzizov birinciləri təbrik edərək onlara uğurlar arzulayıb. Professor Abdulsəyid Əzizov universitetin və fakültənin tarixi, qazanılmış nailiyyətlər, görkəmli məzunlar, fakültədə tədrisin təşkili barədə geniş məlumat verib. Sonra fakültənin kafedra müdirləri öz çıxışlarında tələbələri təbrik edərək təhsillərində uğurlar arzuladılar.






Bookmark and Share
© Baku State University