Home AZRUEN

Futbol yarışlarının qalibləri mükafatlandırılıb

06/05/2015

Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş futbol yarışlarının qaliblərinin təntənəli mükafatlandırılma mərasimi keçirilib. Tədbiri açan BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Sani Hacıyev bildirib ki, artıq bir aydan çoxdur ki, universitetdə ulu öndərin xatirəsinə həsr olunmuş müxtəlif idman yarışları üzrə turnirlər və futbol yarışları keçirilir. Futbol yarışlarında universitetin 17 fakültəsi təmsil olunub.

Ulu öndərin anadan olmasının ildönümünə həsr edilən futbol çempionatında birinci yeri mexanika-riyaziyyat, ikinci yeri tarix fakültəsinin tələbələri tutub. Üçüncü yeri isə sosial elmlər və psixologiya və hüquq fakültəsinin komandaları bölüşüblər.

Tədbir konsert proqramı ilə başa çatıb.

Bookmark and Share
© Baku State University