Home AZRUEN

Fövqəladə Hallar Nazirliyi BDU-da tədbir keçirib

23/02/2015

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Dövlət Universitetində “Mülki müdafiənin təşkili, mülki  müdafiə sahəsində əhalinin hazırlanması”mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbiri universitetin Həyat  fəaliyyətinin  təhlükəsizliyi  kafedrasının müdiri, professor  İsmayıl  Əliyev açaraq onun əhəmiyyətindən danışıb.

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə Qoşunları Mülki Müdafiə İdarəsinin  rəisi, polkovnik Qüdrət Ağayev mülki müdafiə fənninin ölkənin 52 universitetində tədris olunduğuna diqqət çəkərək, onun BDU-da yüksək səviyyədə  keçirildiyini bildirib. Q.Ağayev belə tədbirlərin müntəzəm keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Fövqəladə Hallar Nazirliyi Mülki-Müdafiə Kurslarının rəisi, polkovnik Asif Qəribov isə Mülki müdafiə qoşunları qarşısında qoyulan vəzifələrdən danışıb, fənnin tədrisinin vacibliyini vurğulayıb.

Tədbirdə mövzu ilə bağlı video-materiallar nümayiş etdirilib.

Bookmark and Share
© Baku State University