Home AZRUEN

“Hislərini rənglərlə ifadə et” rəsm sərgisi

25/11/2015

BDU-da Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələrin “Hislərini rənglərlə ifadə et” adlı rəsm sərgisinin açılışı olub.

Sərginin açılışda çıxış edən BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov təşkilatın tələbə yaradıcılığına dəstək xarakteri daşıyan çoxsaylı  layihələrindən söz açıb. O bildirib ki, bu tip tədbirlər yaradıcı tələbələrin cəmiyyətə təqdim olunmasında, onlar arasında sağlam rəqabətin yaradılmasında, mövcud bacarıqlarının inkişafında mühüm əhəmiyyət kəsb edir. D.Qəmbərovun sözlərinə görə, sərgiyə baxmağa gələn tələbələr əsərləri seyr etdikdən sonra bəyəndiyi 1 əsərin adını yazıb sərginin çıxışında olan qutuya salmaqla səsvermədə iştirak  edə biləcək. Ən çox səs toplamış 3 əsərin müəllifi pul mükafatı əldə edəcək. Sözügedən sərgi 2 gün ərzində tələbələrinin baxışı üçün açıq olacaq.

Mətbuat və informasiya şöbəsi, 25 noyabr 2015-ci il.









 

Bookmark and Share
© Baku State University