Home AZRUEN

Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilib

18/12/2017

Dekabrın 15-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilib. Adıçəkilən qurultayda Bakı Dövlət Universitetini Kimya fakültəsinin Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı Elvin Məlikov təmsil edib.


Qeyd edək ki, qurultayda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Gənclər və Idman naziri Azad Rəhimov, Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov və digərləri çıxış ediblər. Onlar tədbirin Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən təşkil olunduğunu bildiriblər.

Tədbirdə həmçinin gənc alimlərin qarşılaşdığı problemlər və onların həlli üsullarına toxunulub. Sonda Azərbaycanın gənc alimlərinin birinci qurultayının bəyannaməsi qəbul olunub və qurultay iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.






Bookmark and Share
© Baku State University