Home AZRUEN

Kimya fakültəsinin növbəti Elmi Seminarı keçirilib

26/11/2015

26.11.2015-ci il tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsinin növbəti Elmi Seminarı olmuşdur. Elmi seminarda "Üzvi kimya" kafedrasının magistri Ələkbər Hüseynzadə "Bicinelli reaksiysı əsasında yeni sintezlər" mövzusunda çıxış edərək əldə etdiyi yeni məhsullarının NMR metodu ilə tədqiqi, eləcə də bu birləş­mə­lə­rin göbələk əleyhinə xassələrinin yoxlanılması haqqında geniş məlumat vermiş və iştirakçıları maraqlandıran sulları cavablandırmışdır.

Seminarın işində fakültə dekanı prof. A.Əzizov, Neft kimyası və kimya texnologiyası kafedrasını professoru İ.Məmmədov, Üzvi kimya kafedrasının dosenti N.Şıxəliyev və fakültədə təhsil alan magistrlər iştirak etmişdir.

Bookmark and Share
© Baku State University