Home AZRUEN

Kimya fakültəsinin tələbələri beynəlxalq elmi konfransda mükafatlandırılıb

21/12/2015

Bakı Slavyan Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda XIV Beynəlxalq tələbə elmi-praktik konfransı keçirilib. Konfransa 5 xarici ölkədən (Polşa, Rusiya, Ukrayna, Bolqarıstan, Qazaxıstan) və respublikamızın 8 ali təhsil müəssisəsindən 290 tələbə qatılıb. Bakı Dövlət Universitetinin Filologiya, Tarix (Antropologiya ixtisası), Sosial elmlər və psixologiya (Sosial iş və Təhsildə sosial-psixoloji xidmət ixtisasları), Kimya (Kimya mühəndisliyi) fakültələrindən 8 nəfər tələbə “Azərbaycan dili və nitq mədəniyyəti” müəllimi, filologiya fakültəsinin doktorantı Pərvin Eyvazovun elmi rəhbərliyi ilə konfransda iştirak ediblər. Kimya fakültəsindən Emil Qasımov (“Ermənilərin Azərbaycan torpaqlarina köçürülmə siyasətinin tarixi izləri”) və Hacı Xəzrin (“Azərbaycan dilində kimya terminlərinin yaranma yolları”) etdikləri maraqlı elmi məruzələrlə universitetimizi layiqincə təmsil ediblər. Ən uğurlu çıxışlarına görə filologiya fakültəsindən Sevinc Əzimova, SEP-dən Xanım Səmədova, Kimya fakültəsindən Emil Qasımov və Hacı Xəzrin konfransın təşkilat komitəsi tərəfindən diplomla mükafatlandırılıblar.

 

 

Bookmark and Share
© Baku State University