Home AZRUEN

Kimya fakültəsinin tələbələri "Ümid uşaq sığınacaq" evini ziyarət ediblər.

14/11/2016

 

12.11.2016cı ildə Kimya fakültəsi ilə birlikdə ''Ümid uşaq sığınacaq '' evinə getdik.Yardıma ehtiyacı olan  uşaqlara bacardığımız qədər kömək etdik,uşaqları sevindirdik,onların üzün güldürdük.Olar üçün yemək,geyim apardıq.Çalışdıq ki,orda olan müddətdə oların vaxtların şən keçirək.Onlarla müxtəlif oyunlar oynadıq.Uşaq evində olarkən diqqətimi bir şey çəkdi,burdakı uşaqlar üçün gələn qonaqlar çox zaman əhəmiyyət kəsb etmir.Ancaq onları qınamaq olmaz,çünki gələnlər onlara nə doğma ata olacaq,nə də ki həsrətini çəkdikləri ana...
Bizim onlar üçün etdiklərimiz sadəcə bir zərrə idi onların həyatında.Amma onların o anlıq sevincləri hər şeyə dəyərdi.Biz istərdik ki,heç belə olmasın,onlarda atasının və anasının yanında olsun,Ama nə etmək olar bu da bir həyatdır.Bəzən isə sadəcə əlimizdən gələn qədər dəstək olmaq düşür ...

Kimya fakültəsinin tələbələri "Ümid uşaq sığınacaq" evini ziyarət ediblər. Yardıma ehtiyacı olan  uşaqlara bacardıqları qədər kömək edib, uşaqları sevindirdilər, onların üzlərində təbəssüm yaratdılar. Uşaqlar üçün yemək, geyim, oyuncaqlar apardılar. Sığınacaq evində olduqları müddətində tələbələr uşaqlarla müxtəlif oyunlar oynadılar. Uşaq evində olarkən tələbələrin diqqətini bir şey çəkdib, ki burdakı uşaqlar üçün gələn qonaqlar çox zaman əhəmiyyət kəsb etmir. Ancaq onları qınamaq olmaz, çünki gələnlər onlara nə doğma ata olacaq, nə də ki həsrətini çəkdikləri ana...
Tələbələrin onlar üçün etdikləri
onların həyatında sadəcə bir zərrə idi. Amma onların o anlıq sevincləri hər şeyə dəyərdi. Biz istərdik ki, heç belə olmasın, onlarda atasının və anasının yanında olsunlar. Amma nə etmək olar, bu da bir həyatdır. Bəzən isə sadəcə əlimizdən gələn qədər dəstək olmaq düşür ...













 

 

Bookmark and Share
© Baku State University