Home AZRUEN

Kimya fakultəsinin dekanı prof.A.Ə.Əzizov beynəlxalq ekspert kimi Karaqanda Dövlət Universitetində

21/11/2014

Qazaxstanın təhsildə keyfiyyət və təminat Müstəqil Agentliyi Karaqanda Dövlət Universitetində kimya üzrə ixtisaslaşdırılmış akkreditasiya aparmaq üçün 7 nəfərdən ibarət ekspert qrupu yaratmışdır.BDU-nun kimya fakultəsinin dekanı prof.A.Ə.Əzizov beynəlxalq ekspert kimi qrupa daxil edilmişdir.O,"Qeri üzvi maddələrin kimyəvi texnologiyası","Üzvi maddələrin texnologiyası","Neft kimyası" təhsil proqramlarının ixtisaslaşdırılmış milli akkreditasiya  standartlarının tələblərinə uyğunluğu haqqında hesabat hazırlamışdır.

Bookmark and Share
© Baku State University