Home AZRUEN

Kimya fakultəsinin doktorantı müsabiqə qalibi olub

18/09/2014
Bakı Dövlət Universitetinin əməkdaşı və doktorantı Elvin Məlikov Elmin İnkişafı Fondunun elan etdiyi 5-ci “Mobillik qrantı” layihəsinin qaliblərindən olub. Doktorant Macarıstanın Szeged Universitetinin Təbiət elmləri və informatika fakültəsinin Tətbiqi və ətraf mühit kimyası kafedrasında “Mikrostruktur analiz metodları və mexaniki sınaqlar” istiqamətində 30 gün müddətinə təcrübə keçəcək.Layihənin məqsədi sözügedən mövzuda Avropanın qabaqcıl universitetlərinin təcrübəsinin Bakı Dövlət Universitetinə gətirilməsini, elmi tədqiqatlarda istifadəsini və hətta gələcəkdə tələbələrə tədris edilməsini əhatə edir.Qeyd edək ki, Elvin Məlikov buna qədər Avropa İttifaqının 7-ci Çərçivə layihəsi ilə yanaşı, daha bir neçə proqram qaliblərindəndir.
Bookmark and Share
© Baku State University