Home AZRUEN

Konfutsi İnstitutu tərəfindən Çin dilindən 1-5 səviyyələri üzrə imtahanlar keçirilib

30/03/2015

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çin dilindən 1-5 səviyyələri üzrə imtahanlar keçirilib. HSK (Çin dili qabiliyyət testi) və HSKK (Çin dili danışıq testi) imtahanlarında respublikanın müxtəlif ali təhsil məktəblərindən ümumilikdə 47 tələbə iştirak edib. İmtahanlara Konfutsi İnstitutunun müəllimləri nəzarət ediblər. Tələbələrə Çin dili üzrə müxtəlif səviyyələrdə biliklərini yoxlamaq üçün bir saat vaxt verilib.
İmtahanlar ildə dörd dəfə 1-6 səviyyədə keçirilir. İmtahan özündə üç hissəni – dinləmə, yazılı və şifahi imtahanı birləşdirir. Bu zaman tələbələrin səviyyəsi dinləmə və danışıq, oxumaq və yazmaq üzrə hərtərəfli yoxlanılır. İmtahanlarda ikinci səviyyədən keçən tələbələr altı ay, üçüncü səviyyədə uğur qazananlar isə bir il müddətində Çində təhsil almaq hüququ qazanırlar. Beşinci səviyyədən keçən tələbələr isə bu ölkədə magistratura təhsili ala bilərlər.
Qeyd edək ki, dünyanın 126 ölkəsində eyni gündə Konfutsinin 500 institutu tərəfindən səviyyə imtahanları keçirilir. BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycanda Çin dilinin tədrisi və bu dildə mütəxəssis yetişdirmək tədbirlərini uğurla davam etdirərək ölkələrimiz arasında dostluq münasibətlərinin genişlənməsinə öz töhfəsini verir.






Bookmark and Share
© Baku State University