Home AZRUEN

Koreya Fondunun icraçı vitse-prezidenti, professor Keum Jin Yoon BDU-da

19/05/2015

Koreya Fondunun icraçı vitse-prezidenti, professor Keum Jin Yoon Bakı Dövlət Universitetində olub. Qonağı salamlayan rektor, akademik Abel Məhərrəmov universitetin beynəlxalq əlaqələrindən, Koreya universitetləri ilə ikitərəfli əməkdaşlığın əhəmiyyətindən, BDU-nun nəzdində fəaliyyət göstərən Koreya Mərkəzinin fəaliyyətindən, koreya dili və ədəbiyyatının tədrisindən söz açıb. Görüşdə həmçinin Elm və innovasiyalar üzrə prorektor Aydın kazımzadə, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, dosent Oktay Cəlilbəyli iştirak edib.

Koreya Fondunun icraçı vitse-prezidenti, professor Keum Jin Yoon da, öz növbəsində, təmsil etdiyi fond haqqında məlumat verib, Azərbaycanla, xüsusilə Bakı Dövlət universiteti ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib, görülən işlər və gələcək perspektivlər barədə fikirlərini bölüşüb. Qonaq Koreya Fondu ilə BDU arasında imzalan müqaviləyə əsasən, 2012-ci ildən başlayaraq Fond tərəfindən  BDU-nun Uzaq şərq dilləri və ədəbiyyatı kafedrasına Koreya dili və ədəbiyyatı müəlliminin göndərildiyini və səmərəli nəticələrinin olduğunu da qeyd edib.










Bookmark and Share
© Baku State University