Home AZRUEN

İlin ən yaxşı tələbəsi

27/12/2011

Hər il olduğu kimi Bakı Dövlət universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələrin elmə, təhsilə olan maraqlarını daha da artırmaq, onlar arasında sağlam bilik, rəqabət ruhunu və aktiv ictimai fəaliyyəti ilə fərqlənən tələbələrin stimullaşdırmaq məqsədilə "İlin ən yaxşı tələbəsi" müsabiqəsi keçirilib. Tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin rektoru, millət vəkili akademik Abel Məhərrəmov çoxminli universitet tələbələri arasından tədris uğurlarına, aktiv ictimai fəaliyyətinə v\ liderlik keyfiyyətlərinə görə fərqlənən 135 qalibi təbrik edib. Daha sonra çıxış edən Tələbə həmkarlar İttifaqə Komitəsinin sədri Daşqın Qənbərov müsabiqənin keçirilməsi barədə məlumat verib, müsabiqə qaliblərini təbrik edib və Komitənin son bir ildəki fəaliyyəti ilə bağlı hesabat xarakterli nitq söyləyib. Qaliblər arasında Kimya fakültəsinin tələbələri də var. 
1. Abdurahmanova Rəhilə Tamerlan qızı
2. Yusifova İlahə Mahmud qızı
3. Nəsibli Aydan Həmid qızı
4. Yusifli Paşa Rasim oğlu
5. Tağızadə Züleyxa Ələkbər qızı
6. Abbasova Günel Ənvər qızı
7. Ədilov Qabil Ramiz oğlu 

TƏBRİK EDİRİK!!!

Bookmark and Share
© Baku State University