Home AZRUEN

«MAKROMOLEKULLAR KIMYASI» İXTİSASINDAN QƏBUL IMTAHANLARININ PROQRAMI

28/10/2015

«MAKROMOLEKULLAR KIMYASI»
İXTİSASINDAN

Qəbul imtahanların

P r o q r a m ı

Yüksəkmolekullu birləşmələr kimyasının əsas anla­yış­ları. Elementar tərkib vahidləri; makromolekula, polimerləşmə dərəcəsi, orta molekul kütləsi. Orta ədədi və orta kütləli molekul kütləsi. Molekul kütləyə görə paylanma. Makromolekul zənci­rinin quruluşu. Xətti, şaxəli və tor quruluşlu polimerlər. Fəza-mün­təzəm quru­luşlu polimerlər. Homo- və birgə polimerlər. Tə­bii və sin­tetik polimerlər.

Polimerlərin sintezi üsulları. Monomerin polimerə çev­rilməsinin termo­dinamik cəhətdən mümkünlüyü. Yu­xarı və aşağı sərhəd temperaturu.

Zəncirvari polimerləşmə və tipləri. Radikal poli­mer­­ləşmə və onun elementar reaksiyaları. Inisi­atorlar. Zəncirin ötürülmə reaksiyaları. Ingibitor və tənzimedi­cilər. Radikal polimerləş­mə­nin kinetikası.

Radikal birgə polimerləşmə. Birgə polimerləşmə sabitləri və onların təyini üsulları.

Ion polimerləşmə və onun tipləri. Kation polimer­ləşmə. Kation polimer­ləşmənin sürətinə müxtəlif amil­lərin təsiri. Ka­tion polimerləşmənin kinetikası. Anion po­li­merləşmə. Müxtəlif katalizatorlar iştirakilə anion polimerləşmənin xüsu­siyyətləri. Anion-koordinasyon po­li­merləşmə. Kompleks katalizatorlar işti­ra­kilə fəza-müntəzəm quruluşlu polimerlərin alınması.

Tsiklik monomerlərin polimerləşməsi. Aktivatorlar. Poli­mer­ləşmə-depo­limerləşmə tarazlığı.

Polikondensləşmə və onun tipləri. Polikon­des­ləş­mədə əlavə reaksiyalar.Tsiklləşmə və polikondensləşmə reaksiyalarına müx­təlif amillərin təsiri. Karozers tənliyi. Polikondesləşmə tarazlığı və alınan polimerin orta mo­lekul kütləsi. Pilləli (miqrasiya) polimerləşmə.

Polimerlərin kimyəvi reaksiyalarının xüsu­siy­yətləri. Polimerlərin reaksiya sürətlərinə təsir edən amillər (“zəncir”, “qonşu”, “konformasiya”, “konfiqu­ra­si­ya”, “qatılıq” effektləri). Po­li­merləşmə dərəcəsinin dəyişməməsi ilə gedən reaksiyalar. Polimeranaloji çevrilmələr. Polimerləşmə dərəcəsinin artması və azal­ma­sı ilə gedən reaksiyalar. Tikilmə və destruksiya reak­siyaları. Polimerlərin modifika­siyası.Calaq və blok birgə poli­merlər.

Polimerlərin ümumi xassələri. Polimer zəncirinin çevik­liyi və ona təsir edən amillər. Termodinamik və kinetik çeviklik.

Polimerlərin aqreqat və faza halları. Amorf və kristal poli­merlər. Amorf polimerlərin üç fiziki halı. Şüşəvari, yüksək­elastiki və özülü axıcı hallar. Termo­mexaniki əyrilər. Şüşələşmə və axıcılıq temperaturları.

Polimerlərin həll olması. Məhdud və qeyri-məhdud şişmə. Polimer məhlullarının xüsusiyyətləri. Polimer­lə­rin orta molekul kütləsinin təyini üsulları. Viskozi­metrik, osmometrik, krios­ko­pik və ebuloskopik üsullar.

Polimer əsaslı kompozisiyalar haqqında ümumi məlumat.

 

 

 

 

ədəbiyyat.

  1. O.H. Əkbərov, A.Ə. Əzizov, E.O. Əkbərov. yüksəkmolekullu birləşmələr, BDU nəşriyyatı, 2009, 366s.
  2. А.М. Шур. Высокомолекулярные соединения, М., 1981,656 с.
  3. А.А. Стрепихеев, В.А. Деревицкая. Основы химии высокомолекулярных соединений., М. Химия, 1976, 440 с.
Bookmark and Share
© Baku State University