Home AZRUEN

“Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında”

06/05/2015

BDU nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində universitetin tarix fakültəsi ilə birlikdə təşkil edilmiş ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə konfransı giriş sözü ilə açaraq onun əhəmiyyətindən danışıb.

Sonra BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Nuru Məmmədov “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının memarı və qurucusudur”, tarix fakültəsinin III kurs tələbəsi Saday Zəkiyev “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir”, “Gənc istedadlar” liseyinin VIII sinif şagirdləri Leyla Abdullayeva “Heydər Əliyev və Azərbaycan təhsili”, İsmayıl Məmmədli “Heydər Əliyev və ana dilimiz”, Orduxan Qəhrəmanzadə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında çıxış ediblər.

Tədbir digər maraqlı çıxışlar və müzakirələrlə başa çatıb.

Sonda şair Oqtay Zəngilanlı “Ulu öndər” şeirini səsləndirib.








Bookmark and Share
© Baku State University