Home AZRUEN

Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçinin təşəkkür məktubu

20/05/2015

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Antonoviç Sadovniçi 15 aprel 2015-ci il tarixində Sankt-Peterburq Dövlət İqtisad Universitetində AvrasiyaUniversitetlər Assosiasiyasının (AUA) XIII Qurultayına qatıldığına görə BDU-nun rektoru, akademik Abel Məhərrəmova təşəkkür məktubu göndərib. Məktubda deyilir: “15 aprel 2015-ci il tarixində Sankt-Peterburq Dövlət İqtisad Universitetində keçirilmiş AUA-nın XIII Qurultayında şəxsən Sizin və BDU nümayəndə həyətinin iştirakına, plenar iclasda mənalı çıxışınıza, ölkələrimiz arasında ali təhsilin və elmin inteqrasiyasının dərinləşməsinə yönəlmiş  Assosiasiyanın fəaliyyətinə göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.İcazə verin, Sizi AUA-nın vitse-prezidenti seçilməyiniz, həmçinin Moskva Dövlət Universitetinin Fəxri professoru adını almağınız münasibətilə səmimi qəlbdən təbrik edim. Sizin AUA-nın fəaliyyətində fəal iştirakınıza, Bakı Dövlət Universitetinin və Moskva Dövlət Universitetinin gələcək əməkdaşlığının səmərəli olacağına əminliyimi ifadə edirəm”.

Bookmark and Share
© Baku State University