Home AZRUEN

Ümummilli liderin xatirəsini anım günü münasibətilə ağacəkmə kampaniyası keçirilib

14/12/2015
14/12/2015

Bakı Dövlət Universiteti ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə kampaniyası keçirib. Geniş bir sahəni əhatə edən bu yaşıllaşdırma aksiyasında universitetin rektoru, akademik Abel Məhərrəmov, çoxsaylı əməkdaşlar və tələbələr iştirak edib. Müvafiq ərazi təmizlənərək, rekultivasiya edilib və yüzlərlə ağac əkilib.

Rektor Abel Məhərrəmov bildirib ki, ulu öndər Heydər Əliyevin anım günü münasibətilə Bakı Dövlət Universitetində çoxsaylı tədbirlər, o cümlədən irsinin öyrənilməsi ilə bağlı elmi toplantılar, anım mərasimləri keçirilib. Bu aksiya keçirilən silsilə tədbirlərə daxildir və istər kollektiv, istərsə də tələbələr bu aksiyaya böyük həvəslə qatılıblar. Bu gün burada əkilən yüzlərlə ağac möhtərəm Prezidentimiz İlham Əliyevin ölkədə ekoloji durumu bir qədər də yaxşılaşdırmaq, yaşıllıq zonaları salınmaq istiqamətində həyata keçirdiyi böyük layihələrin dəstəklənməsi, Heydər Əliyev Fondunun “Hərəyə bir ağac əkək” aksiyasının davamıdır.

Mətbuat və informasiya şöbəsi, 14 dekabr 2015-ci il.

Xəbərlər

Ümummilli liderin xatirəsini anma günü münasibətilə ağacəkmə kampaniyası keçirilib

BDU ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə kampaniyası keçirib
14/12/2015

İntellektual gələcəyə etibarlı zəmin yaratmış lider-12 Dekabr 2015

Abel MƏHƏRRƏMOV, Bakı Dövlət Universitetinin rektoru, akademik
14/12/2015

Bakı Dövlət Universitetində Respublika elmi konfransları keçiriləcək

BDU-nun rektoru imzaladığı əmrə əsasən respublika elminin inkişafında önəmli rolunu nəzərə alaraq Fizika Problemləri ETİ-nin  yaradılmasının 10-cu ildönümünə həsr olunmuş respublika səviyyəli konfrans keçiriləcək
11/12/2015
Bookmark and Share
© Baku State University