Home AZRUEN

İngilis dili müəllimləri üçün təlimlər keçirilib

17/06/2015

Bakı Dövlət Universitetində FLEPP( TEMPUS) – “Peşəkar Məqsadlər üçün  Xarici dillərin Tədrisi” layihəsi çərçivəsində humanitar və təbiət fakültələri üzrə ingilis dili kafedrasının müəllimləri üçün təlim keçirilib. Layihənin BDU üzrə koordinatoru Gülheyran Rəhimovanın çıxışından sonra Glazqou və Tallin universitetlərində təcrübə keçmiş müəllimlər danışıblar.

Humanitar fakültələr üzrə İngilis dili kafedrasının muəllimi Z.Əhmədova “Tapşırıq Əsaslı Öyrənmə”  üsulunun özəllikləri, baş müəllim M.Ağayeva isə “Dərsin planlaşdırılması və dərsin dizaynı” haqqında tədbir iştirakçılarını məlumat veriblər.

Təbiət fakültələri üzrə İngilis dili kafedrasının müəllimi İ.İsmayılova isə “ XXI əsrdə  ingilis dili müəllimlərindən tələb olunan bacarıq və vərdişlərə necə və hansı yolla yiyələnmək” məsələlərinə toxunub.

Sonda layihə çərçivəsində keçirilmiş silsilə təlimlərdə fəal iştirak edən  müəllimlər sertifikatla təltif ediliblər.






Bookmark and Share
© Baku State University