Home AZRUEN

Professor Musayev Faiq Nəsib oğlu "Zülalların quruluş problemləri" mövzusunda mühazirə oxuyub

23/11/2017

23.11.2017-ci il tarixində Virciniya Universitetin professoru Musayev Faiq Nəsib oğlu BDU-da "Zülalların quruluş problemləri" mövzusunda mühazirə oxuyub. Professor F.N.Musayev 1952-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. O, Çaylı kənd məktəbini qızıl medalla bitirmiş və həmin ildə indiki Pedaqoji Universitetinin Kimya fakültəsinə daxil olmuşdur. Universiteti Lenin təqaüdü ilə bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra AMEA-nın Qeyri-üzvi və Fiziki kimya İnstitutunda görkəmli kristalloqraf AMEA-nın müxbir üzvü Xudu Məmmədovun rəhbərlik etdiyi "Quruluş kimyası" laboratoriyasında əmək fəaliyyətinə başlamışdır. O, kompleks birləşmələrin sintezi, quruluşu və xassələrinin öyrənilməsi üzrə elmi tədqiqat işləri ilə məşğul ilmuşdur. 1979-cu ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1993-1998-ci illərdə Tayvanda "Quruluş kimyası" laboratoriyasında çalışmışdı. 1998-ci ildə üç ölkədən - Yeni Zelandiya, Braziliya və ABŞ-dan dəvət almışdır. ABŞ-dan gələn dəvəti qəbul etmiş və 1998-ci ildən indiyə kimi həmin ölkənin Virciniya Universitetində "Quruluş kimyası" laboratoriyasında çalışır. Həmin universitetinin professorudur.




Bookmark and Share
© Baku State University