Home AZRUEN

Qazaxıstan nümayəndə heyəti BDU-da

04/05/2015

Qazaxıstanın Təhsil və Elm Nazirliyinin nəzdində fəaliyyət göstərən “Yanma Problemləri İnstitutunun” baş direktoru Zulxair Mansurov, İnstitutun laboratoriya müdiri Roza Abdulkarimova və aparıcı elmi əməkdaşı Maulet Skakov BDU-da olub. Qonaqları qəbul edən Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova onlara universitetin tarixi, beynəlxalq əlaqələri, ikitərəfli əməkdaşlıq proqramları haqqında məlumat verib. Kimya fakültəsinin dekanı, professor Əbdülsəid Əzizov və beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılovanın iştirak etdiyi görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub, gələcək priopitet istiqamətlər müəyyənləşdirilib.








Bookmark and Share
© Baku State University