Home AZRUEN

Quilmes Milli Universitetinin rektoru BDU-da

24/04/2015

Quilmes Milli Universitetinin rektoru doktor Mario Lozano Bakı Dövlət Universitetində olub. BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva qonağa universitet haqqında məlumat verib, aparılan uğurlu təhsil islahatlarından danışıb universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən bəhs edib. Qloballaşan dünyada vahid təhsil sisteminə inteqrasiyanın əhəmiyyətini vurğulayan prorektor bunun reallaşması istiqamətində universitetlərarası əməkdaşlığın önəmini xüsusilə qeyd edib.

Quilmes Milli Universitetinin rektoru doktor Mario Lozano, öz növbəsində, təmsil etdiyi ali məktəb haqqında məlumatı görüş iştirakçılarının diqqətinə çatdırıb, son illər Argentina ilə Azərbaycan münasibətlərin dərinləşməsinin müşahidə olunduğunu bildirib. Bu baxımdan, universitetlərarası əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu vurğulayıb.

Görüşdə Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev və Mikrobiologiya kafedrasının müdiri, professor Xudaverdi Qəmbərov iştirak edib.

Sonda qonaqlar universitetlə yaxından tanış olmaq məqsədilə laboratoriyalar, Heydər Əliyev muzeyi, Elektron Tədris Mərkəzində olublar.

Qeyd edək ki, rektor Mario Lozano 20-dən artıq elmi xülasənin müəllifi, bununla yanaşı, konqres,universitet və müəssisələrdə 114 konfransın təşkilatçısıdır. Həmçinin Argentinanın Mikrobiologiya Assosiasiyası Cəmiyyətinin, Tətbiqi Biokimya Cəmiyyətinin və  Virusologiya Cəmiyyətinin idarə heyətinin üzvüdür.






Bookmark and Share
© Baku State University