Home AZRUEN

Rektor Yekun Dövlət Attestasiyasına buraxılan tələbələrini qəbul edib

23/05/2014

Bu gün rektor, akademik Abel Məhərrəmov Kimya fakültəsinin Yekun Dövlət Attestasiyasına buraxılan tələbələrini qəbul edib. Tələbələrlə yanaşı dekan və kafedra müdirləri də görüşə qatılıb.

Yekun Dövlət Attestasiyası ilə bağlı məlumat verən rektor, eyni zamanda tələbələrin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb və müəyyən tapşırıqlarını verib. Abel Məhərrəmov tələbələrə imtahana ciddi hazırlaşmalarını tövsiyə edib, imtahanlara bilavasitə özü nəzarəti edəcəyini xatırladıb.

Eyni zamanda fakültə dekanı və kafedra müdirlərinə tələbələrlə vaxtaşırı görüşmək, onların icmal mühazirələrdə fəal iştiraklarını təmin etmək üçün lazımi göstərişlərini verib.

 

Bookmark and Share
© Baku State University