Home AZRUEN

“SABAH-ın könüllüsü” Bakı 2015 Avropa oyunlarına həsr olunmuş müsabiqə keçirib

30/04/2015

BDU-da “SABAH-ın könüllüsü” proqramı çərçivəsində SABAH qrupları superviserlərinin (SABAH-ın könüllüsü komandalarının liderləri) görüşü keçirilib. Görüşdə Bakı 2015 Avropa oyunlarına dəstək məqsədilə keçirilən tədbirlər barədə müzakirələr və fikir mübadiləsi aparılıb. SABAH-ın könüllüsü həftəsi çərçivəsində Bakı 2015 Avropa oyunlarına dəstək məqsədilə öncədən elan olunmuş videoçarx müsabiqəsinin qalibi müəyyən olunub. Müsabiqəyə təqdim olunmuş 12 videoçarxdan 5-i facebook səsverməsi ilə finala keçib. Tədbirdə isə universitetlərin səsverməsi ilə 5 videoçarxdan 1-i qalib seçilib. Superviser Ramal  Vəliyevin hazırladığı videoçarx müsabiqənin qalibi olub.








Bookmark and Share
© Baku State University