Home AZRUEN

Səlcuq universitetinin rektoru təşəkkür etdi

02/06/2015

Səlcuq universitetinin rektoru, professor Hakkı Gökbel 27 may 2015-ci il tarixində Bakı Dövlət Universitetində keçirilən görüş ilə əlaqədar olaraq universitetin rektoru, akademik Abel Məhərrəmova təşəkkür məktubu göndərib. Məktubda deyilir:

“Universitetdə keçirdiyimiz görüşdə mənə və nümayəndə heyətinə göstərmiş olduğunuz diqqət və qonaqpərvərliyə görə təşəkkür edirəm. Keçirilən görüşün  universitetlərarasi əlaqələrin, tələbə, professor- müəllim heyətinin, həmçinin hər iki ölkənin elmi, mədəni əlaqələrinə öz təhfəsini verəcəyinə inanıram. Sizi də tez bir zamanda universitetimizdə görməkdən məmnun olacağımızı bildirmək istəyirəm”.

Bookmark and Share
© Baku State University