Home AZRUEN

Təhsil Nazirliyinin nümayəndəsi I kurs tələbələrini SABAH haqqında məlumatlandırıb

09/02/2015

Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının icra Komitəsinin rəhbəri Elçin  Ağakişiyev Bakı Dövlət Universitetinin I kurs tələbələri ilə görüşüb. SABAH-ın ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı, hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yarandığını qeyd edən Elçin Ağakişiyev, eyni zamanda, görüşdə iştirak edən I kurs tələbələrini  2015-2016-cı tədris ilində SABAH qruplarına qəbul qaydaları haqda məlumatlandırılıb.

Elçin  Ağakişiyev sonda  tələbələri maraqlandıran sualları cavablandırıb.

Bookmark and Share
© Baku State University