Home AZRUEN

TİKA BDU magistrlərini təcrübəyə göndərəcək

03/12/2015

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqram Koordinasiya ofisinin (TİKA) koordinatoru Mustafa Haşim Polat və müavini İsmail Gürlek ilə görüşü keçirilib. Görüşdə BDU ilə TİKA arasında imzalanmış müqavilədən sonra həyata keçirilmiş işlərdən, Jurnalistika fakültəsinin Tədris-televiziya və radio studiyasının yenidən qurulmasından danışılıb. Bildirilib ki, TİKA yeni studiyaya əməkdaşlığa cəlb ediləcək magistrlərə təqaüd verilməsini, onların bu sahədə daha da təkmilləşmələri istiqamətində Türkiyənin media qurumlarnda təcrübə keçmələrinə şərait yaratmağı planlaşdırıb. Görüşdə birgə layihə çərçivəsində Jurnalistika fakültəsinin bir qrup müəllimi və tələbələrinin Türkiyəyə səfərləri, qardaş ölkənin aparıcı universitetlərində və media qurumlarında təlim-təcrübə proqramında iştirak etmələri də xatırladılıb

Bookmark and Share
© Baku State University