Home AZRUEN

Tokio Boeki şirkəti ilə əməkdaşlıq

25/09/2014

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Tokio Boeki şirkətinin Rusiya üzrə kommersiya direktoru T.Tavabe, Ukrayna ofisinin rəhbəri A.Şpak və aparıcı mühəndisi V.Tinkov, Yaponiyanın JEOL şirkətinin Rusiya ofisi üzrə baş direktoru H.Tatsumi, Nikon şirkətinin Avropa üzrə prezidenti Cənab S.Eimori və baş meneceri A.Vakamiya ilə görüşüb.

Görüşdə universitetin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə yeni cihaz və avandanlıqların alınması məsələləri müzakirə olunub və  BDU əməkdaşlarının vaxtaşırı adıçəkilən şirkətlərin treninqlərində iştirakı xüsusilə qeyd edilib. Eyni zamanda, universitetdə elektron mikroskopun yaradılması məqsədilə Tokio Boeki şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb, Nikon şirkəti ilə ilkin razılığa gəlinib.

Qonaqlar sonra NANO araşdırmalar mərkəzi və digər elmi-tədqiqat laboratoriyalarında olublar.

Görüşdə Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə, Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanlı və Xarici tələbələrlə iş üzrə dekanı, dosent Gülheyran Rəhimova iştirak ediblər.

Bookmark and Share
© Baku State University