Home AZRUEN

Türkiyəli professor BDU-da mühazirə oxuyub

30/03/2018

Bakı Dövlət Universitetinin Kimya fakültəsində Türkiyənin Səlcuq Universitetinin professoru Mustafa Ərsözlə görüş keçirilib.  Dekan, professor Abdulsəid Əzizov qonağı salamladıqdan sonra  Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələri, o cümlədən rəhbərlik etdiyi fakültənin fəaliyyəti barədə məlumat verib. O, xarici universitetlərin elm adamlarının  mütəmadi olaraq BDU-da mühazirələr oxumasının əhəmiyyətini xüsusi vurğulayıb.

Daha sonra professor Mustafa Ərsöz tədqiqat sahəsi, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Professor tədqiqat sahəsi olan fiziki və qeyri-üzvi kimya mövzusunda mühazirə oxuyub, auditoriyanın suallarını cavablandırıb.

Mətbuat və informasiya şöbəsi, 30 mart 2018-ci il.

Bookmark and Share
© Baku State University