Home AZRUEN

İXTİSAS SEÇİMİ

21/05/2014

Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlər strategiyası”na uyğun olaraq Ali Təhsil sahəsi üzrə Təhsil Nazirliyi tərəfindən elan olunmuş prioritetlərdə abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması, təhsilin müxtəlif səviyyələri arasında varislik və fasiləsizlik prinsiplərinin təmin edilməsi mühüm amil kimi diqqətdə saxlanılır.

Təhsil Nazirliyi tərəfindən abituriyentlərin ixtisas seçiminə dəstək məqsədilə “ixtisas seçimi” adlı maarifləndirici kampaniya başlamışdır. Kampaniya çərçivəsində kimya fakültəsində tədbirlər planı işlənmişdir. Bu məqsədlə fakültədə kadr hazırlığı həyata keçirən ixtisaslar haqqında prezentasiya hazırlanmışdır. Həmin prezentasiyanın Bakı şəhərinin müxtəlif məktəblərində nümayişi və fakültənin professor-müəllim heyyətinin şagirdlərlə görüşü nəzərdə tutulur.

“Gənc İstetadlar Liseyi”nin 9,10,11-ci sinif şagirdləri ilə fakültənin professor-müəllim heyyətinin görüşü keçirilmiş, görüş zamanı prezentasiya nümayiş olunmuşdur. 18, 20, 158 saylı məktəblərdə “kimya gecələri” təşkil olunmuşdur.

  1. Məzunlara ixtisas seçimində dəstək üçün bukletlər və braşurların hazırlanması və müvafiq maarifləndirici vasitələrin onlara paylanması nəzərdə tutulur.
Bookmark and Share
© Baku State University