06-06-2017
 

MƏMMƏDƏLİYEV YUSİF HEYDƏR OĞLU

31 dekabr 1905-ci ildə anadan olmuşdur. 1926-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1942-ci ildə «Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkillləşdirilməsi yolu ilə toluolun sintezi» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1943-cü ildə «Neft-kimyası» ixtisası üzrə professor adına layiq görülmüşdür. 1945-ci ildə AMEA-nı yaradanlardan və Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri olmuşdur. Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi insanın adı ilə bağlıdır. 1945-ci ildə AMEA-nın həqiqi üzvü, Rəyasət Heyətinin üzvü və AMEA-nın Neft İnstitutunun direktoru seçilmişdir. 1947-1951 və 1958-1961-ci illərdə AMEA-nın prezidenti olmuşdur. 1948-ci ildə SSRİ EA-nın müxbir üzvü seçilmişdir. 1951-1954-cü illərdə AMEA-nın Fizika, Kimya və Neft bölməsinin akademik-katibi, 1954-1958-ci illərdə BDU-nun rektoru olmuşdur. Onun əsas elmi işləri, neftin və neft qazlarının katalitik emalı sahəsindədir. Bakı neftinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görmüş, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında böyük xidməti olmuşdur. Müharibənin ağır dövründə yüksək oktanlı benzin və məşhur «Molotov kokteyli» ixtira etmişdi. Benzolu propilenlə alkilləşdirmək üsulu ilə izopropilbenzolun sintezini işləyib hazırlamışdır ki, bu da ikinci Dünya müharibəsi illərində SSRİ aviasiyasının yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək etmişdir.

Akademik Y.H.Məmmədəliyev 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifi olmuşdur. 36 Kimya elmlər doktoru və namizədi hazırlamışdır. Keçmiş SSRİ, ABŞ, İtaliya (1955, Roma), Fransa (1960, Paris), İngiltərə, Polşa Xalq Respublikası (1957-58, Varşava), Macarıstan Xalq Respublikası və başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişdir. 1944-cü ildə «Lenin ordeni», 1946-cı ildə «Stalin mükafatı», 1951-ci ildə “Şərəf nişanı”, 1954-cü ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə mükafatlandırılmışdır. 1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. SSRİ Ali Sovetinin (V çağırış, 1958-1961) və Azərb. SSR Ali Sovetinin (IV çağırış, 1955-1959) deputatı seçilmişdir.

Digər yazılar

MƏCİDOV ƏJDƏR ƏKBƏR OĞLU

ƏLİYEV FUAD YUSİF OĞLU

HÜSEYNOVA İRADƏ MƏMMƏD QIZI

QƏRİBOV ADİL ABDULXALIQ OĞLU

ƏZİZOV AKİF HƏMİD OĞLU

TAĞIYEV DİLQƏM BƏBİR OĞLU

RİZAYEV RAMİZ HƏSƏNQULU OĞLU

QARAYEV SİYAVUŞ FƏRHAD OĞLU

ƏLİYEVA RƏFİQƏ ƏLİRZA QIZI

MӘHӘRRӘMOV ABEL MƏMMƏDƏLİ OĞLU

FƏR­ZƏLİYEV VAQİF MƏCİD OĞLU

NAĞI­YEV TOFİQ MURTUZA OĞLU

SADIQOV KAMİL İSMAYIL OĞLU

SE­Yİ­­DOV NADİR MİR­İBRAHİM OĞLU

MƏMMƏDYAROV MƏHƏRRƏM ƏLİ OĞLU

MEH­Dİ­­­YEV SOLTAN CƏFƏR OĞLU

QULİYEV ƏLİ MU­SA OĞLU

NAĞIYEV MURTUZA FƏTULLA OĞLU

ABBASOV VAQİF MƏHƏRRƏM OĞLU

MƏMMƏDƏLİYEV YUSİF HEYDƏR OĞLU