06-06-2017
 

MƏMMƏDOV ŞAMXAL ƏLİMƏMMƏD OĞLU

10 oktyabr 1910-cu ildə anadan olmuşdur. 1929-32-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil almışdır. 1932-35-ci illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində aspiranturada oxumuş və 1936-cı ildə namizədlik, 1942-ci ildə «Sadə qlikol efirlərin tədqiqi» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1956-cı ildə «Üzvi kimya» ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. 1936-cı ildə Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasında dosent, professor və 1943-52-ci illərdə kafedra müdiri olmuşdur. 1937-1943-cü illərdə SSRİ EA Azərbaycan Filialının Kimya İnstitutunda laboratoriya müdiri, 1943-49-cu illərdə isə həmin institutun direktoru işləmişdir. 1956-1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Kimya kafedrasının müdiri olmuşdur. 1959-78-ci illərdə AMEA-nın Neft-Kimya Prosesləri İnstitututunda «Bioloji aktiv maddələrin sintezi və texnologiyası» laboratoriyasına rəhbərlik etmişdir. 1967-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Onun əsas tədqiqatları bioloji xassə daşıyan qlikol efirlərin sintezi və onların tədqiqinə həsr olunmuşdur. Onun tərəfindən qlikol efirləri sintezinin onlarla üsulu işlənib hazırlanmışdır. Professor Ş.Ə.Məmmədovun rəhbərliyi ilə qlikol efirlər əsasında bioloji aktiv birləşmələr sinfinə mənsub olan yeni herbisidlər (Efiran-12-19, Ef-66, Ef-99), insektisidlər (Efiran-3, Efiran-66), akarisidlər (Efiran-103, Efiran-19), Efiran-111 və Efiran-67 tipli baytarlıqda işlədilən müalicəvi preparatların sintezi üsulları işlənib hazırlanmış və ilk dəfə olaraq yeni sinif bioloji fəal birləşmələr olan qlikol efirlərin quruluşu ilə onların funksional xassələri arasında olan əlaqə müəyyən edilmişdir.

Respublikamızda yüksək ixtisaslı kimyaçı kadrların hazırlanması sahə­sində ­böyük əmək sərf etmişdir. 25 il Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində üzvi kimyadan və onun nəzəriyyəsindən tələbələrə mühazirələr oxumuşdur. Rəhbərliyi ilə 50 elmlər namizədi hazırlanmışdır. Öz əməkdaşları və tələbələri ilə 400 elmi əsər çap etdirmiş və 70 müəlliflik şəhadətnaməsi almışdır. O, qlikol efirlərindən bəhs edən 3 mono­qrafiyanın müəllifidir.

«Şərəf nişanı» ordeni və bir sıra medallarla təltif edilmişdir. 

Digər yazılar

ABBASOV ƏLƏDDİN DƏYYAN OĞLU

MƏMMƏDOV BƏXTİYAR ƏJDƏR OĞLU

ƏLİMƏRDANOV HAFİZ MÜTƏLLİM OĞLU

BABANLI MƏHƏMMƏD BABA OĞLU

CANİBƏYOV NAZİL FAZİL OĞLU

ƏHMƏDOV MÜBARİZ MƏCİD OĞLU

QULİYEV NOVRUZ MƏHƏMMƏD OĞLU

QULİYEV ABBASQULU MƏMMƏD OĞLU

NURİYEV ƏLİ NƏCƏFQULU

SALAHOV MUSTAFA SƏTTAR OĞLU

KƏRİMOV İSA GÜLMƏMMƏD OĞLU

QURBANOV TELMAN XUDALI OĞLU

QƏMBƏROV YUNİS HEYDƏR OĞLU

RÜSTƏMOV PAŞA HƏBİB OĞLU

BABAXANOV RAUF ƏLİMƏMMƏD OĞLU

HÜSEYNOV MUSTAFA MƏMMƏD OĞLU

DADAŞOV BİLAL ATAŞ OĞLU

MƏRDANOV MƏCİD ƏHƏD OĞLU

MÖVSÜMZADƏ MƏMMƏD MİRZƏ OĞLU

ZÜLFÜQARLI CÜMŞÜD İSMAYIL OĞLU