ƏLƏKBƏROVA SƏKİNƏ ƏŞRƏF QIZI
1906-cı ildə anadan olmuşdur. Əvvəlcə Aşqabad şəhərində ibtidai məktəbi, sonra isə şəhər gimnaziyasını bitirmişdir. 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin təbiət fakültəsini qırmızı diplomla bitirdikdən sonra, BDU-nun Fiziki və kolloid kimya kafedrasının aspiranturasına daxil olmuşdur. 1939-cu ildə aspiranturanı bitirdikdən sonra pedaqoji fəaliyyətini ömrünün axırına qədər BDU-da davam etdirmişdir. 1944-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1950-ci ildə Fiziki kimya kafedrasında dosent vəzifəsini tutmuşdur. 1952-1958-ci və 1980-82-ci illərdə iki dəfə Kimya fakültəsinin dekanı seçilmişdir. 1958-65-ci illərdə Fiziki və kolloid kimya kafedrasının müdiri vəzifəsində işləmişdir. 1976-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1976-cı ildə Fiziki kimya ixtisası üzrə professor adını almışdır.
Elmi və pedaqoji fəaliyyətinin nəticələri 85 elmi əsərdə, o cümlədən, 3 kitabçada öz əksini tapmışdır. Rəhbərliyi ilə 6 elmlər namizədi hazırlanmışdır.