06-06-2017
 

BƏŞİROV ƏNVƏR AĞAMİRZƏ OĞLU

1920-ci ildə anadan olmuşdur. 1934-cü ildə Pedaqoji Texnikumu bitirdikdən sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təbiət fakültəsində təhsil almışdır. 1941-ci ildə oranı bitirdikdən sonra II Dünya müharibəsində iştirak etmış, 1945-ci ildə ordu sıralarından tərxis olnmuşdur. 1947-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuş, 1949-cu ildə namizədlik dissertasiyası müdafiə etmışdir. 1949-cu ildən BDU-nun “Analitik kimya “ kafedrasında baş müəllim, 1965-ci ildən dosent vəzifəsində işləmişdir. 1972-ci ildə “Bəzi üzvi reagentlərin və onların III qrup elemenrləri, kobalt, nikel, və mislə komplekslərinin spektrofotometrik tədqiqi” mövzusunda doktorluq işini müdafiə etmışdir. Onun əsas elmi fəaliyyəti üzvi reaktivlərin analitik kimyaya tətbiqi ilə bağlıdır. O, Azərbaycanda spektrofotometrik üsulun əsasını qoyan və onu inkişaf etdirən alimlərdəndir. Onun elmi fəaliyyətinin əsasını yeni üzvi reaktivlərin sintezi və onların qeyri-üzvi maddələrin analizində tətbiqi ilə yanaşı məlum reaktivlərin analitik imkanlarının genişləndirilməsi və yaxşılaşdırması təşkil edir. O, kompleks birləşmələr kimyası sahəsində də mühüm işlər görmüşdür. Onun müxtəlif liqandlı komplekslərin alınması və onların xassələrinin tədqiqi sahəsindəki işləri xüsusi əhəmiyyət kəsb edir. 1986-cı ildən ömrünün sonunadək  BDU-nun “Analitik kimya”  kafedrasının professoru olmuşdur. 1983-1988-ci illərdə BDU-nun kimya fakültəsinin dekanı vəzifəsində işləmişdir. 70-dən artıq elmi məqalənin, dərs vəsaitinin və metodiki göstərişin müəllifidir. O, “ Qırmızı Ulduz” ordeni ilə təltıf olunmuşdur.

Digər yazılar

YAQUBOV NAĞI İBRAHİM

ŞIXƏLİYEV NAMİQ QÜRBƏT

SÜLEYMANOVA ELMİRA TEYMUR QIZI

ƏKBƏROV ELÇİN OQTAY OĞLU

HÜSEYNOVA AFƏT TEYMUR QIZI

NAĞIYEV XƏLİL CAMAL OĞLU

HƏSƏNOVA ÜLVİYYƏ ƏLİMƏMMƏD QIZI

MƏMMƏDOV İBRAHİM QƏRİB OĞLU

ALOSMANOV RASİM MİRƏLİ OĞLU

QURBANOVA MƏLAHƏT MÜSRƏT QIZI

ÇIRAQOV FAMİL MUSA OĞLU

MƏMMƏDOV SABİT EYYUB OĞLU

YUSUBOV NİFTALI NADİR OGLU

SADIQOV FUAD MİKAYIL OĞLU

YUSİBOV YUSİF ƏMİRALI OĞLU

MUSTAFAYEV AĞA MƏHƏMMƏD OĞLU

MİRZAİ CƏBRAYIL İSRAFİL OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

İLYASLI TEYMUR MƏMMƏD OĞLU