06-06-2017
 

ƏHMƏDOV ŞAMİL TEYMUR OĞLU

25 avqust 1924-cü ildə anadan olmuşdur. 1941-ci ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. Bir müddət müəllimlik etdikdən sonra 1946-51-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində təhsil almışdır. 1951-ci ildə BDU-nun Neft kimyası kafedrasının aspirantı olmuş, assistent, baş müəllim, dosent və 1959-65-ci illərdə kafedra müdiri vəzifələrində işləmişdir. 1954-cü ildə namizədlik, 1963-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1964-cü ildə “Neft-kimyası” ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. 1965-1992-ci illərdə BDU-da Üzvi kimya kafedrasına rəhbərlik etmişdir.

1992-ci ildən həmin kafedranın professoru vəzifəsində çalışmışdır. Elmi-tədqiqat işləri aromatik karbohidrogenlərin, çoxnüvəli və kondensləşmiş aromatik karbohidrogenlərin alkilləşdirilməsi və bu reaksiyalar nəticəsində nüvələrdə əvəzolunmanın bəzi qanunauyğunluqlarının öyrənilməsinə həsr edilmişdir.

Elmi-pedaqoji fəaliyyəti 320 elmi əsərdə, o cümlədən, 7 dərslikdə, dərs vəsaitində və kitabçada, 32 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. 8 doktorluq işinin elmi məsləhətçisi, 30 elmlər namizədinin rəhbəri olmuşdur. Bir sıra ali və orta məktəb dərsliklərini rus dilindən ana dilimizə tərcümə etmişdir. İUPAC-ın üzvi sintezə dair VI Beynəlxalq konfransında (1986 Moskva) məruzə ilə çıxış etmişdir.

Digər yazılar

YAQUBOV NAĞI İBRAHİM

ŞIXƏLİYEV NAMİQ QÜRBƏT

SÜLEYMANOVA ELMİRA TEYMUR QIZI

ƏKBƏROV ELÇİN OQTAY OĞLU

HÜSEYNOVA AFƏT TEYMUR QIZI

NAĞIYEV XƏLİL CAMAL OĞLU

HƏSƏNOVA ÜLVİYYƏ ƏLİMƏMMƏD QIZI

MƏMMƏDOV İBRAHİM QƏRİB OĞLU

ALOSMANOV RASİM MİRƏLİ OĞLU

QURBANOVA MƏLAHƏT MÜSRƏT QIZI

ÇIRAQOV FAMİL MUSA OĞLU

MƏMMƏDOV SABİT EYYUB OĞLU

YUSUBOV NİFTALI NADİR OGLU

SADIQOV FUAD MİKAYIL OĞLU

YUSİBOV YUSİF ƏMİRALI OĞLU

MUSTAFAYEV AĞA MƏHƏMMƏD OĞLU

MİRZAİ CƏBRAYIL İSRAFİL OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

İLYASLI TEYMUR MƏMMƏD OĞLU