06-06-2017
 

QƏMBƏROV DƏMİR HEYDƏR OĞLU

26 noyabr 1939-cu ildə anadan olmuşdur. 1958-ci ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1963-cü ildə oranı fərqlənmə diplomu ilə bitirərək “Analitik kimya” ixtisası üzrə aspiranturada saxlanılmışdır. 1967-ci ildə namizədlik, 1884-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1985-ci ildə professor elmi adı almışdır. Aspiranturanı bitirdikdən sonra BDU-nun Analitik kimya kafedrasında elmi-pedaqoji fəaliyyətə başlamışdır. Analitik kimya kafedrasında laborant, assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışmış, 1979-cu ildən 2006-cı ilə qədər həmin kafedraya rəhbərlik etmişdir. 1976-1979-cu illərdə Kimya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1999-2006-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurası “Kimya və kimya texnologiyası” bölməsinə sədrlik etmişdir. İxtisaslaşdırılmış Müdafiə şuralarının, Bakı Dövlət Universitetinin və Kimya fakültəsinin Elmi şuralarının üzvü olmuşdur.

Elmi fəaliyyəti, əsasən, yeni üzvi reaktivlərin sintezi və onların qeyri-üzvi və üzvi maddələrin təyinində tətbiqi ilə əlaqədardır. Analitik kimyaya tamamilə yeni sinif üzvi reaktivlər – piroqallol əsasında sintez edilmiş mono- və bisazobirləşmələr gətirmişdir. Bu reaktivlərdən istifadə etməklə qeyri-üzvi ionların təyini üçün çoxlu sayda fotometrik, ekstraksiyalı-fotometrik, lüminisent və polyaroqrafik metodikalar işlənilmiş və keçmiş SSRİ-nin bir sıra sənaye sahələrində geniş tətbiq olunmuşdur. Tədqiqatlarının nəticələrinə 30-dan çox müəlliflik şəhadətnaməsi almışdır. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 350-dən çox elmi əsərin müəllifidir.

Rəhbərliyi ilə 12 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Azər­baycanla yanaşı, Vyetnam, Misir, Suriya və Əlcəzair kimi dövlətlər üçün yüksək səviyyəli elmi kadrlar hazırlamışdır. Rəhbərliyi ilə 12 namizədlik dissertasiyası müdafiə olunmuşdur. “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Digər yazılar

YAQUBOV NAĞI İBRAHİM

ŞIXƏLİYEV NAMİQ QÜRBƏT

SÜLEYMANOVA ELMİRA TEYMUR QIZI

ƏKBƏROV ELÇİN OQTAY OĞLU

HÜSEYNOVA AFƏT TEYMUR QIZI

NAĞIYEV XƏLİL CAMAL OĞLU

HƏSƏNOVA ÜLVİYYƏ ƏLİMƏMMƏD QIZI

MƏMMƏDOV İBRAHİM QƏRİB OĞLU

ALOSMANOV RASİM MİRƏLİ OĞLU

QURBANOVA MƏLAHƏT MÜSRƏT QIZI

ÇIRAQOV FAMİL MUSA OĞLU

MƏMMƏDOV SABİT EYYUB OĞLU

YUSUBOV NİFTALI NADİR OGLU

SADIQOV FUAD MİKAYIL OĞLU

YUSİBOV YUSİF ƏMİRALI OĞLU

MUSTAFAYEV AĞA MƏHƏMMƏD OĞLU

MİRZAİ CƏBRAYIL İSRAFİL OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

İLYASLI TEYMUR MƏMMƏD OĞLU