07-06-2017
 

ABBASOV VAQİF MƏHƏRRƏM OĞLU

5 oktyabr 1952-ci ildə anadan olmuşdur. 1968-ci ildə orta məktəbi bitirmişdir. 1969-1973-cü illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya fakültəsində təhsil almışdır. 1973-cü ildə EA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) aspiranturasına daxil olmuşdur. l974-1975-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

1978-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafıə etmişdir. 1978-1983-cü illərdə NKPİ-də kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində işləmişdir. 1992-ci ildə professor elmi adı almışdır. l984-2006-cı illərdə laboratoriya müdiri, 2006-cı ildən isə şöbə müdiri kimi çalışmışdır. 2007-2008-ci illərdə NKPİ-nin elmi işlər üzrə direktor müavini əvəzi işləmişdir. 2011-ci ildən NKPİ-nin direktorudur. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir. V.Abbasov BDU-nun “Neft kimyası və kimya texnologiyası” kafedrasında neft kimyasının aktual problemlərinə aid mühazirələr oxuyur, magistr dissertasiya işlərinə rəhbərlik edir.

Elmi istiqaməti müalicəvi Naftalan, Suraxanı və Balaxanı neftlərinin tədqiqi, həmçinin karbohidrogen mayelər, o cümlədən reaktiv yanacaqlar üçün antistatik aşqarlar sahəsindəki tədqiqatlardır.

387 elmi əsərin, o cümlədən 20 müəlliflik şəhadətnaməsinin, 7 monoqrafıyanın, ali məktəblər üçün 10 və ümumtəhsil məktəbləri üçün 6 dərsliyin, 13 dərs vəsaitinin, Rusiya Federasiyasının 3, Azərbaycan Respublikasının 19 patentinin müəllifıdir. Rəhbərliyi ilə 6 elmlər doktoru və 20 elmlər namizədi hazırlanmışdır.

O, 2003-cü ildən V.S.Altunin adına Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvüdür. 2004-cü ildə Azərbaycan Respublikasının «Qabaqcıl təhsil işçisi» döş nişanı, 2005-ci ildə «Şöhrət»  ordeni ilə təltif olunmuşdur və həmin ildə «Azərbaycanın əməkdar müəllimi» fəxri adına layiq görülmüşdür. 2009-cu ildə İslam Ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) «Elm və texnologiya» üzrə mükafatını almışdır.

Digər yazılar

MƏCİDOV ƏJDƏR ƏKBƏR OĞLU

ƏLİYEV FUAD YUSİF OĞLU

HÜSEYNOVA İRADƏ MƏMMƏD QIZI

QƏRİBOV ADİL ABDULXALIQ OĞLU

ƏZİZOV AKİF HƏMİD OĞLU

TAĞIYEV DİLQƏM BƏBİR OĞLU

RİZAYEV RAMİZ HƏSƏNQULU OĞLU

QARAYEV SİYAVUŞ FƏRHAD OĞLU

ƏLİYEVA RƏFİQƏ ƏLİRZA QIZI

MӘHӘRRӘMOV ABEL MƏMMƏDƏLİ OĞLU

FƏR­ZƏLİYEV VAQİF MƏCİD OĞLU

NAĞI­YEV TOFİQ MURTUZA OĞLU

SADIQOV KAMİL İSMAYIL OĞLU

SE­Yİ­­DOV NADİR MİR­İBRAHİM OĞLU

MƏMMƏDYAROV MƏHƏRRƏM ƏLİ OĞLU

MEH­Dİ­­­YEV SOLTAN CƏFƏR OĞLU

QULİYEV ƏLİ MU­SA OĞLU

NAĞIYEV MURTUZA FƏTULLA OĞLU

ABBASOV VAQİF MƏHƏRRƏM OĞLU

MƏMMƏDƏLİYEV YUSİF HEYDƏR OĞLU