07-06-2017
 

BAYRAMOV MUSA RZA OĞLU

04 mart 1938-ci ildə anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirdikdən sonra istehsalatda işləmiş və 1956-1959-cu illərdə Bakı Kənd Təsərrüfatı Texnikumunda təhsil alaraq oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olmuş və 1965-ci ildə oranı bitirmişdir. BDU-nun son kurslarında oxuyarkən Ümumittifaq Elmi-Tədqiqat Olefinlər və Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) laborant, mühəndis, kiçik elmi işçi, baş mühəndis vəzifələrində işləmişdir. 1965-ci ildə NKPİ-nin qiyabi aspiranturasına daxil olmuş, 1968-ci ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1986-cı ildə professor elmi adı almışdır. 1969-cu ildə BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasına dosent, 1978-ci ildə isə həmin kafedraya müdir vəzifəsinə seçilmişdir. Hazırda həmin kafedraya rəhbərlik edir. 1991-ci ildə onun təşəbbüsü ilə kafedranın nəzdində «Alkenilfenollar və karbonilli birləşmələr kimyası» ETL-i yaradılmışdır.

Alkenilfenollar, polifunksional monomerlərin sintezi, onların əsasında reaksiyayagirmə qabiliyyətinə malik oliqomer və polimerlərin alınması, həmçinin yüksəksilisiumlu seolitlər üzərində karbohidrogenlərin mülayim şəraitdə katalitik pirolizi sahəsində elmi-tədqiqat işləri aparır. 500-dən çox elmi əsərin, o cümlədən 60 müəlliflik şəhadətnaməsi və 16 patentin, 11 monoqrafiya, dərslik, dərs vəsaitinin, 15 dərs proqramı, eləcə də metodik göstərişin müəllifidir. Rəhbərliyi ilə 19 nəfər elmlər doktoru və elmlər namizədi, 20 magistr müdafiə etmişdir.

AMEA-nın Neft Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasının, AMEA-nın «Neft kimyası və neft emalı» üzrə Problem Şurasının, BDU və fakültə Elmi şuralarının və BDU Ağsaqqallar Şurasının üzvüdür. «SSRİ ixtiraçısı» və «Qabaqcıl təhsil işçisi» döş nişanları ilə təltif olunmuşdur. Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. 

Digər yazılar

YAQUBOV NAĞI İBRAHİM

ŞIXƏLİYEV NAMİQ QÜRBƏT

SÜLEYMANOVA ELMİRA TEYMUR QIZI

ƏKBƏROV ELÇİN OQTAY OĞLU

HÜSEYNOVA AFƏT TEYMUR QIZI

NAĞIYEV XƏLİL CAMAL OĞLU

HƏSƏNOVA ÜLVİYYƏ ƏLİMƏMMƏD QIZI

MƏMMƏDOV İBRAHİM QƏRİB OĞLU

ALOSMANOV RASİM MİRƏLİ OĞLU

QURBANOVA MƏLAHƏT MÜSRƏT QIZI

ÇIRAQOV FAMİL MUSA OĞLU

MƏMMƏDOV SABİT EYYUB OĞLU

YUSUBOV NİFTALI NADİR OGLU

SADIQOV FUAD MİKAYIL OĞLU

YUSİBOV YUSİF ƏMİRALI OĞLU

MUSTAFAYEV AĞA MƏHƏMMƏD OĞLU

MİRZAİ CƏBRAYIL İSRAFİL OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

İLYASLI TEYMUR MƏMMƏD OĞLU