QULİYEV TƏHMƏZ NƏSİB OĞLU
10 may 1935-ci ildə anadan olmuşdur. 1953-cü ildə orta məktəbi bitirmiş, 1954-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1959-cu ildə həmin fakültəni bitirmişdir. 1959-1962-ci illərdə kimya fakültəsində laborant vəzifəsində işləmişdir. 1962-1965-ci illərdə Moskva şəhərində SSRİ EA Ümumi və qeyri-üzvi Kimya İnstitutunun aspirantı olmuşdur. 1966-cı ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1965-ci ildə BDU-da assistent, baş müəllim; 1970-ci ildən 2002-ci ilə kimi dosent vəzifəsində işləmişdir. 1968-1975-ci illərdə kimya fakültəsində dekan müavini, kafedra müdiri əvəzi, həmkarlar təşkilatının sədri kimi ictimai işlərdə çalışmışdır. 20-dən çox beynəlxalq və yerli elmi konfranslarda, elmi seminarlarda çıxış etmişdir. 60-dan çox elmi əsərin, iki dərsliyin müəllifidir. İki aspirantın elmi rəhbəri olmuşdur. 2001-ci ildən ömrünün sonuna kimi BDU-nun Ümumi və qeyri-üzvi kimya kafedrasında professor vəzifəsində çalışmışdır.