07-06-2017
 

SADIQOV NURƏDDİN SALMAN OĞLU

20 noyabr 1937-ci ildə anadan olmuşdur. 1956-cı ildə orta məktəbi bitirmişdir. 1959-cu ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuş və 1964-ci ildə ali təhsilini başa vurmuşdur. 1964-1967-ci illərdə həmin fakültədə laborant vəzifəsində işləmişdir. 1967-1970-ci illərdə BDU-nun Üzvi kimya kafedrasının aspirantı olmuşdur. 1970-1972-ci illərdə həmin kafedrada baş laborant, 1972-1994-cü illərdə assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1994-cü ildən ömrünün sonunadək kafedranın professoru olmuşdur. 1971-ci ildə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ildə «Üzvi kimya» ixtisası üzrə professor adını almışdır.

Elmi-tədqiqat işləri əsasən β-dikarbonilli birləşmələr və α-,β-doymamış ketonlar əsasında funksionaləvəzli furanların, pirazolların, barbituratların və s. sintez üsullarının işlənib hazırlanması və onların bioloji fəallığının tədqiqinə həsr edilmişdir. Apardığı elmi-pedaqoji fəaliyyəti 1 dərs vəsaitində, 80 elmi əsərdə öz əksini tapmışdır. 1 elmlər namizədi hazırlamışdır.

Bir sıra beynəlxalq konqres və simpoziumlarda, o cümlədən MDB, Avstriya və Türkiyədə keçirilmiş elmi konqreslərdə məruzələr etmişdir. 

Digər yazılar

YAQUBOV NAĞI İBRAHİM

ŞIXƏLİYEV NAMİQ QÜRBƏT

SÜLEYMANOVA ELMİRA TEYMUR QIZI

ƏKBƏROV ELÇİN OQTAY OĞLU

HÜSEYNOVA AFƏT TEYMUR QIZI

NAĞIYEV XƏLİL CAMAL OĞLU

HƏSƏNOVA ÜLVİYYƏ ƏLİMƏMMƏD QIZI

MƏMMƏDOV İBRAHİM QƏRİB OĞLU

ALOSMANOV RASİM MİRƏLİ OĞLU

QURBANOVA MƏLAHƏT MÜSRƏT QIZI

ÇIRAQOV FAMİL MUSA OĞLU

MƏMMƏDOV SABİT EYYUB OĞLU

YUSUBOV NİFTALI NADİR OGLU

SADIQOV FUAD MİKAYIL OĞLU

YUSİBOV YUSİF ƏMİRALI OĞLU

MUSTAFAYEV AĞA MƏHƏMMƏD OĞLU

MİRZAİ CƏBRAYIL İSRAFİL OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

İLYASLI TEYMUR MƏMMƏD OĞLU