GÜLƏHMƏDOV LƏTİF MƏMMƏD OĞLU
5 mart 1940-cı ildə anadan olmuşdur. 1958-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunmuş, 1963-cü ildə ali təhsilini başa vurmuşdur. 1966-1969-cu illərdə BDU-nun Üzvi kimya kafedrasının əyani aspirantı olmuşdur. 1969-1971-ci illərdə BDU-nun Qeyri-üzvi kimya kafedrasında laborant vəzifəsində işləmişdir. 1971-1976-cı illərdə Üzvi kimya kafedrasında assistent, 1976-1982-ci illərdə baş müəllim, 1982-1992-ci illərdə dosent vəzifəsində çalışmışdır. 1992-ci ildən ömrünün axırınadək həmin kafedranın professoru vəzifəsində işləmişdir.
1971-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1992-ci ildə “Üzvi kimya” ixtisası üzrə professor adına layiq görülmüşdür.
Əsas tədqiqat obyektini hidroxinon əsasında çoxfunksiyalı törəmələrin alınması və onların xassələrinin tədqiqi təşkil edir. Elmi-pedaqoji fəaliyyəti 70 elmi əsərdə, o cümlədən müəlliflik şəhadətnaməsində və metodiki göstəricidə öz ifadəsini tapmışdır. Rəhbərliyi ilə 2 elmlər namizədi hazırlanmışdır. Bu illər ərzində dünya ədəbiyyatında məlum olmayan 350-dən çox yeni üzvi maddə sintez etmişdir.
Moskva, Riqa, Ufa, Tbilisi, Bakı şəhərlərində keçirilən elmi konfranslarda məruzələrlə çıxış etmişdir.