07-06-2017
 

ABDULLAYEV ADİLXAN MƏHƏMMƏD OĞLU

25 oktyabr 1936-cı ildə anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirmişdir. 1957-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunmuşdur. Oranı 1962-ci ildə bitirdikdən sonra, BDU-nun Qeyri-üzvi kimya kafedrasının aspiranturasında oxumuşdur. 1965-73-cü illərdə həmin kafedrada assistent, baş müəllim, 1973-91-ci illərdə dosent olmuş və 1991-ci ildən kafedranın professoru seçilmişdir. 1993-cü ildən Türkiyə Respublikasının Trakiya Universitetində (Ədirnə şəhəri) pedaqoji fəaliyyətini davam etdirmişdir. 1967-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1991-ci ildə qeyri-üzvi kimya ixtisası üzrə professor adı almışdır.

Sintetik naften turşularının və onların metallarla komplekslərinin sintezinin öyrənilməsi, naften turşularının ümumi qanunauyğunluqlarının və xüsusiyyətlərinin müəyyənləşdirilməsi və onların ion-metallarla sintetik qarışığı, müxtəlif elektron quruluşlu metallarla naftenatların sintez metodunun işlənib hazırlanması, metal naftenatlarının quruluş və xüsusiyyətlərinin öyrənilməsi və naftenatların termiki xüsusiyyətlərinin və naften turşuları ilə metalkompleks termodözümlülüyünün öyrənilməsi sahələrində elmi-tədqiqat işi aparmışdır. 45 elmi əsərin, 1 monoqrafiyanın və bir neçə patentin müəllifidir.

Digər yazılar

YAQUBOV NAĞI İBRAHİM

ŞIXƏLİYEV NAMİQ QÜRBƏT

SÜLEYMANOVA ELMİRA TEYMUR QIZI

ƏKBƏROV ELÇİN OQTAY OĞLU

HÜSEYNOVA AFƏT TEYMUR QIZI

NAĞIYEV XƏLİL CAMAL OĞLU

HƏSƏNOVA ÜLVİYYƏ ƏLİMƏMMƏD QIZI

MƏMMƏDOV İBRAHİM QƏRİB OĞLU

ALOSMANOV RASİM MİRƏLİ OĞLU

QURBANOVA MƏLAHƏT MÜSRƏT QIZI

ÇIRAQOV FAMİL MUSA OĞLU

MƏMMƏDOV SABİT EYYUB OĞLU

YUSUBOV NİFTALI NADİR OGLU

SADIQOV FUAD MİKAYIL OĞLU

YUSİBOV YUSİF ƏMİRALI OĞLU

MUSTAFAYEV AĞA MƏHƏMMƏD OĞLU

MİRZAİ CƏBRAYIL İSRAFİL OĞLU

ƏHMƏDOV ELDAR İSA OĞLU

ƏZİZOV ABDULSƏYİD ƏBDÜLHƏMİD OĞLU

İLYASLI TEYMUR MƏMMƏD OĞLU