İSMAYILOV VALEH MEHRALI OĞLU
15 mart 1943-cü ildə anadan olmuşdur. 1961-ci ildə Kazan Kimya Texnologiya Universitetinə (KKTU) daxil olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasının Kimya-texnologiya fakültəsində assistent vəzifəsində işləmişdir. 1967-ci ildə KKTU-nun Üzvi kimya kafedrasının nəzdində Üzvi kimya ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1970-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1986-cı ildə professor elmi adı almışdır. 1973-cü ildən Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. Üzvi kimya kafedrasında laborant, assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1988-1993-cü illərdə BDU-nun kimya fakültəsinin dekanı olmuşdur.
Elmi fəaliyyəti karbonilli və β-dikarbonilli birləşmələrin və onların fosforlu analoqlarının kimyəvi xüsusiyyətləri və quruluşlarının öyrənilməsinə həsr edilmişdir. 275 elmi məqalənin və dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə 20-dən çox magistr dissertasiyası yerinə yetirilmiş, 8 elmlər namizədi hazırlanmışdır.
“Tərəqqi” medalı ilə təltif olunmuşdur.